ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini həmişəkindən daha güclü edib. Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “YouTube” kanalı “Daniel Davis Deep Dive”-ə müsahibəsində bildirib.
“Ağ Evin siyasəti Putinin həmişəkindən daha güclü olmasına şərait yaradıb. Rusiya iqtisadiyyatı parlaq şəkildə, Qərb iqtisadiyyatından qat-qat yaxşı gedir”, – deyə o hesab edir.
Makqreqor həmçinin bildirib ki, Qərb ölkələri Ukrayna xalqından qalanları xilas etmək üçün Ukraynadakı münaqişəyə son qoymalıdır. Pentaqonun rəhbərinin keçmiş müşaviri hesab edir ki, Amerika hakimiyyəti baş verənlərdə öz günahlarını etiraf etməyəcək.
Bundan əvvəl Makqreqor bildirib ki, Vaşinqton ukraynalıları intihara aparan yola salıb.
Havar Şəfiyeva






