Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı 14-cü sanksiyanın gözlənilməz benefisiarına çevrilib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Brüsselin planlarına görə, Parisin artıq üç ayda 600 milyon avro dəyərində aldığı Rusiyadan mayeləşdirilmiş təbii qazı Avropa İttifaqı (Aİ) ölkələrinə almaq qadağan ediləcək.
Qeyd olunur ki, Makron rus tədarükçüləri ilə müqavilə bağlamaq üçün çox əlverişli məqam tapıb.
İsveçin xarici işlər naziri Tobias Billström maye qazın Rusiyaya qarşı 14-cü sanksiyalar paketinə daxil edildiyini açıqlayıb. Eyni zamanda, Aİ ölkələrinin əksəriyyəti bu yanacaq növündən istifadə etməklə enerji problemlərini həll edirdi. 2024-cü ilin əvvəlində Parisin Moskvadan 600 milyon dollar dəyərində LNG alması müəyyən mübahisələrə səbəb olub. Lakin Fransa bunu Moskva ilə uzunmüddətli, pozmaq çətin olan müqavilə ilə əsaslandırdı. Bundan əlavə, Fransa qaza Avropanın digər ölkələrində də tələbat ola biləcəyinə inanırdı ki, bu da yanacağın təkrar satışından mənfəət deməkdir.
Xatırladaq ki, Brüssel Rusiya boru kəməri qazına qarşı sanksiyalar tətbiq etmişdi. Buna baxmayaraq, bəzi ölkələr onu Moskvadan almağa davam edir. Avropa ölkələrinə tədarük edilən Rusiya qazının həcmi artmaqda davam edir. Ehtimal olunur ki, LNG-nin sanksiyalar siyahısına daxil edilməsi Aİ ölkələrinin Rusiya qazını almasına mane olmayacaq. Fransa da hüquqi çətinlikləri əsas gətirərək yanacağı daha rahat və sərfəli olan yerdə almağa davam edə bilər.
Yeganə






