Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının qarşıdan gələn sammitini Ukrayna və üzvlük üçün digər müraciət edənlər üçün həlledici adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Makron bu barədə Sloveniyanın baş naziri Robert Qolob ilə görüşdən əvvəl açıqlama verib. Tərəflər Aİ-nin Brüsseldə keçiriləcək sammitini və bir sıra ölkələrə assosiasiyaya üzv olmaq üçün namizəd statusunun verilməsi məsələsini müzakirə ediblər.
“Biz Ukrayna, Gürcüstan, Moldova və Qərbi Balkanların bütün ölkələri ilə bağlı qərar verməliyik. Sabah baş tutacaq müzakirələr həlledici olacaq”, – deyə Fransa lideri bildirib.
Makron qeyd edib ki, Avropa Komissiyası Ukraynanın üzvlük danışıqlarına başlamaq üçün tövsiyələr hazırlayıb.
Qeyd edək ki, Aİ sammiti dekabrın 14-15-də Brüsseldə keçiriləcək. Tədbir zamanı Ukraynanın proqnozlaşdırıla bilən və uzunmüddətli maliyyələşdirilməsi və hərbi yardımın göstərilməsi məsələləri də müzakirə olunacaq.
Havar Şəfiyeva






