Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi ilə bağlı paylaşım edib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Fransa Prezidenti “Twitter”də bildirib.
“Saxlanılan 8 erməni Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan İrəvana yola salınıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik”, – deyə Fransa Prezidenti paylaşımında qeyd edib.






