Ukraynada və dünyada baş verən böyük münaqişələr və çətin vəziyyətlər barədə Çinin baş nazir Li ilə danışmaq istədiyini deyən Fransa prezidenti Emmanuel Makron ortaq həlli paylaşma qabiliyyətinin çox vacib olduğuna diqqət çəkib.
Elchi.az xəbər verir ki, Fransanın 2025-ci ildə okeanların mühafizəsi ilə bağlı qlobal konfrans təşkil edəcəyini qeyd edən Makron Çinin də bu təşəbbüslərin bir parçası olmasının lazım olduğunu bildirib.
Baş nazir Linin sözlərinə gör, çox güman ki, prezident Si Cinpin və E.Makron arasında geniş konsensus əldə olunacaq.
“Görüş Çin, Fransa və Avropanın dünya sülhünü və sabitliyini qorumaq üçün birgə səylərinə müsbət siqnallar verəcək”, – deyə Li qeyd edib.
Qeyd edək ki, E.Makron dünən Pekində çinli həmkarı Si Cinpin ilə görüşündə Ukraynada sülhə nail olmaq üçün ümumi yol qurmaq istədiyini bildirib.
Yeganə




