Özbəkistan prezidentinin mətbuat xidməti Fransa liderinin Registana səfərini simvolik adlandırıb.
Elchi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Özbəkistan lideri Şavkati Mirziyoyevlə birlikdə gecə saatlarında Səmərqənddə gəzib.
“Dövlət başçıları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Registan memarlıq ansamblını ziyarət ediblər. Hörmətli qonağı şərq memarlığının bu incisinin tikilmə tarixi ilə tanış etdi”, – Özbəkistan Prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.
Mətbuat xidməti Fransa prezidentinin Registana səfərini simvolik adlandırıb və bunun çoxdankı Fransa-Özbəkistan əlaqələrinin sübutu olduğunu qeyd edib.
Gəzinti zamanı Makron və Mirziyoyev birgə şəkil çəkdirib, həmçinin “Böyük İpək Yolu” beynəlxalq turizm mərkəzində yerləşən “Əbədi şəhər” tarixi-etnoqrafik parkına baş çəkiblər.
Şayəstə Hüseynova





