Macarıstanın baş naziri Viktor Orban Fransa prezidenti Emmanuel Makrondan Parisə dəvət alıb.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məqalədə “Fransa prezidenti Emmanuel Makron da Orbanı bu həftənin sonunda Parisdə görüşə dəvət etdi” deyə aydınlıq gətirilir.
Bundan əvvəl Orban Avropa İttifaqına müraciət edərək, Brüsseldə keçiriləcək sammitdə Ukraynanın üzvlüklə bağlı müzakirələrə başlamamağa çağırıb. Onun fikrincə, Aİ beş-on ildən sonra bu məsələni qaldırmalıdır. Baş nazirin sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağın mənası yoxdur.
Nuranə Məmmədova






