Fransa prezidenti Emmanuel Makron bildirib ki, Vaşinqtonun mövqeyi dəyişsə belə, Brüssel Kiyevə yardım göstərməyə davam etməlidir, çünki Avropa İttifaqı üçün bu, öz təhlükəsizliyi məsələsidir. Elchi.az xəbər verir ki, bu barədə France 5” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynaya dəstək 2024-cü ilin fundamental məsələlərindən biridir. Makronun sözlərinə görə, Aİ Kiyevə ABŞ olmadan kömək edə bilər. O, əlavə edib ki, bəzi Avropa ölkələri vəsaitin ayrılmasına şübhə ilə yanaşır.
“Avropa təhlükəsizliyi təhlükə altındadır. Amerikalılar mövqelərini dəyişmək qərarına gəlsələr belə, bu, Avropanın suverenliyi və öz gələcəklərini seçmək qabiliyyəti məsələsidir”, – deyə prezident bildirib. Fransalı siyasətçi etiraf edib ki, Avropa Rusiyanı cilovlamaqda “çox da uğurlu olmayıb”, Moskvaya təzyiq cəhdləri uğursuz olub.
Havar Şəfiyeva






