Fransa prezidenti Emmanuel Makron Rusiya Federasiyasındakı vəziyyəti diqqətlə izləyir.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, Makron Yelisey sarayında Ukraynanı dəstəklədiklərini qeyd edib.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” HRC Teleqram kanalında HRC-yə qarşı hava hücumu həyata keçirildiyi barədə elan yayıb. Günah Rusiya hərbi rəhbərliyinin üzərinə qoyulub. “Vaqner” HRC-nin rəhbəri Yevgeni Priqojin ədaləti bərpa edəcəyinə söz verib. Rusiya Müdafiə Nazirliyi hücumla bağlı ittihamları rədd edib, Federal Təhlükəsizlik Xidməti isə Priqojinə qarşı silahlı iğtişaşın təşkili maddəsi ilə cinayət işi açıb.
Daha sonra Priqojin Rostovun hərbi obyektlərinə, o cümlədən hava limanına nəzarəti ələ keçirdiyini açıqlayıb.
Yeganə






