"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Makron yenə Azərbaycanın qeybətini etdi

27 Avqust 2023 - 21:30
in SİYASƏT

“Qarabağda humanitar təhlükə yaranıb” deyən Fransa prezidenti hesab edir ki, “bu gün Ermənistanın öz sərhədləri də təhlükə altındadır”
Fransanın BMT Təhlükəsizlik Şurasına “Azərbaycanın blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında” qətnamə təqdim etməyə hazırlaşdığı haqda məlumat vermişdik. Bu barədə “Le Figaro” qəzeti yazıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron isə “Le Point” qəzetinə müsahibəsində bu xəbəri şərh edərək, Parisin bu məsələ ilə bağlı “xarici siyasət mövqeyinin kifayət qədər aydın olduğunu” vurğulayıb. (mənbə:haqqın.az)

“Laçın yolunun blokadaya alınmasını təəssüf edirəm və pisləyirəm” deyən, Makron sonra bunları əlavə edib: “Biz həmişə demişik ki, xalqların suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı deyilən ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini birmənalı olaraq pislədi və bir çox humanitar aksiyalar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına xidmət edən saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir, lakin bu, beynəlxalq hüquqa uyğun olmalıdır”.

Fransa prezidentinin sözlərinə görə, Qarabağda “qəbuledilməz humanitar vəziyyət” yaranıb və Fransanın bu məsələdə rolu Azərbaycana “təzyiq göstərməkdir”. “Biz bu istiqamətdə əlimizdən gələni edirik” deyən, Makron fikirlərinə belə davam edib: “Xüsusilə, biz Qarabağa ərzaq, dərman çatdırmaq və bu bölgəyə sərbəst girişi təmin etmək üçün təşəbbüslərlə çıxış etməyə davam edirik. Bundan başqa, bu gün Ermənistanın öz sərhədləri də təhlükə altındadır”.

Makron hansı təşəbbüslərdən danışdığını dəqiqləşdirməsə də, güman ki, prezident Fransanın BMT Təhlükəsizlik Şurasına müzakirəyə təqdim etməyə hazırlaşdığı qətnamə layihəsini nəzərdə tutur.

Fransanın Ermənistandakı səfirliyi BMT-dəki mümkün müzakrələr haqda yazılanlara şərh verməkdən imtina edib. Ermənistan Xarici İşlər Nazirliyi də “Le Figaro”da dərc olunan yazıya münasibət bildirməyib.

Yada salaq ki, Ermənistanın avqustun 16-da Təhlükəsizlik Şurasında bu müzakirələrə nail olsa da, yekunda heç bir sənəd qəbul edilmədi ki, bu da İrəvanla bərabər Parisdə də ciddi pərtlik yaradıb.Bildirilir ki, prezident Emmanuel Makron BMT-dəki iflasdan sonra erməni diasporasına bağlı ölkə müxalifətinin də təzyiqləri altındadır. Ermənistanın ictimai rəyi də Parisə əvvəlki kimi mötəbər, sözükeçən dövlət kimi baxmır. O da aydındır ki, Makronun yenidən BMT-də hansısa yalanlarla dolu qətnamə qəbul etməyə çalışması Parisi daha da gözdən salacaq.

Bu arada o da məlum olub ki, Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.”Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Kornidzora – Ermənistan Artsaxının girişində yola düşəcək”, – Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz “X hesabında yazıb.

O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri Anna Hidalqo rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.//Musavat.com

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə tur avtobusu aşıb, 3-ü ağır olmaqla 26 nəfər yaralanıb

Next Post

Puşkin, Lermontov və Qoqolun əsərləri məktəblərdə LƏĞV EDİLDİ

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Puşkin, Lermontov və Qoqolun əsərləri məktəblərdə LƏĞV EDİLDİ

Puşkin, Lermontov və Qoqolun əsərləri məktəblərdə LƏĞV EDİLDİ

Sürətli yox, ağılla arıqlamaq lazımdır

Sürətli yox, ağılla arıqlamaq lazımdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.