“Praqa görüşünə Azərbaycan tərəfi növbəti dəfə güclü tərəf kimi qatılır. Dörd tərəfli görüşdə Fransanın təmsil olunması əsasən, rəsmi Yerevanın istəyi ilə baş tutub. Fransa prezidenti Emmanuel Makron Ermənistanın mövqeyini müdafiə edəcək”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməs Əsədullazadə FB hesabında qeyd edib:
“Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitəçilyi ilə keçirilən dörd görüşdə məhz Azərbaycanın təklifləri əsasında danışıqlar prosesi keçib. Brüssel dörd görüşdə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın mövqeyini müdafiə edib. Fransanın porseslərə qatılması Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi ilə nəticələnə bilər.
Rəsmi Bakı belə formatda Fransanın təmsilçiliyinə etiraz etməlidir. Çünki, Avropa İttifaqı prosesi aparır. Rəsmi Parisin danışıqlar formatında olması sühün əldə edilməsinə mane olacaq. E.Makron tam erməni lobbisinin təlimatı ilə hərəkət edir. Ona görə də bu formatda danışıqlar müsbət olamyacaq. Praqada keçirlən görüşdə Türkiyə Fransanı neytrallaşdıra bilər”.
Politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanı müdafiə edir deyə Fransa prezidenti Türkiyənin regionda iştirakını neytrallaşdırmaq üçün Ermənistanı siyasi olaraq müdafiə edir:
“Türkiyənin rolu burada əsasən sabitləşdiricidir. Brüssel görüşündən ciddi nəticə nəticə gözlənilmir. Xarici işlər nazirlərləri sülh müzakirələrini davam etdirəcək. Gələn ay Brüsselin vasitəçiliyi ilə liderlərin görüşünün keçirilməsi razılaşdırılacaq. Bu görüşdən sonra Azərbaycan Ermənistana növbəti dəfə əsirləri qaytara bilər”.
Şayəstə




