Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib. Elchi.az TASS-a istinadən xəbər verir ki, söhbət zamanı Fransa lideri Parisin Kiyevə yardımı davam etdirməyə hazır olduğunu qeyd edib.
Qeyd olunur ki, Makron Zelenskini Avropa ölkələrinin Ukraynaya uzunmüddətli hərbi yardım göstərmək üçün öz hərəkətlərini əlaqələndirdiyinə inandırıb. O, həmçinin vurğulayıb ki, Fransa Ukraynaya öz suverenliyini qoruya bilməsi üçün lazım olan hər şeylə kömək etməyə davam etmək niyyətindədir.
Havar Şəfiyeva






