Fransa hüquq-mühafizə orqanları bu ilin aprelində “Dui” departamentinə səfəri zamanı Fransa prezidenti Emmanuel Makrona qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən respublika sakinini həbs edib.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
Hadisə bu il aprelin 27-də Haiti inqilabının lideri Tussen Luvertürün xatirəsinə həsr olunmuş mərasimdən sonra baş verib. Pensiya islahatlarına qarşı etiraz aksiyasının iştirakçıları dövlət başçısının getdiyi “Şato de Jou” qəsri yaxınlığında toplaşaraq polis zəncirini qırmağa cəhd ediblər.
Qarşıdurma zamanı jandarmlar gözyaşardıcı qazdan istifadə edib. Makron vertolyotla ordan çıxmaq istəyəndə nümayişçilərdən biri onun istiqamətinə qaz fişəngindən atəş açıb.
İstintaq zamanı məlum olub ki, şübhəli şəxs 20 yaşlı dülgər, bu həftə evində həbs edilən solçu fəaldır. Fransanın antiterror prokurorluğu helikopteri məhv etmək cəhdi, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına və prezidentə qarşı sui-qəsd cəhdi ilə bağlı gəncə qarşı istintaqa başlayıb.
Saxlanılan şəxs bu yolla Makrona meydan oxumaq və respublika əhalisinin onun siyasəti ilə razılaşmadığını bildirmək istədiyini söyləyərək təqsirli olduğunu inkar etməyib.
Yeganə





