“İmmanyuel Makron XX əsrin nəhəng filosoflarından biri Sorbona Universitetinin professoru Pol Rikyörun 1999-2001-ci ilərdə köməkçisi olmuşdur. Makron sözün əsl mənasında böyük filosofdan yaxşı heç nə öyrənməyib. Pol Rikyör müsahibələrinin birində deyir: “ Fəlsəfə siyasi dilin arqumentləşdirilməsi və dəqiqliyinin keyfiyyətinə cavabdehlik daşıyır. Siyasətin dili ritorikadir. Fəlsəfənin vəzifəsi – diskussiya iştirakçılarına sözlərini və fikrlərini adekvat ifadə etməyi öyrətməkdir. Filosoflar siyasətin dilini təkminləşdirməlidir və insanların bir-birilərini aydın başa düşmələrinə kömək etməlidir. Siyasətçilər həqiqətin carçısı olmalıdırlar” “.
Elchi.az-ın məlumatına görə, bu barədə millət vəkili Etibar Əliyev FB hesabında qeyd edib:
“Makron Rikyörun ən pis tələbəsi olub. Yalanın və şərin carçısına çevrilib. Açıq-aşkar barbarları və barbarlığı müdafiə edir. Qondarma erməni genosidini tanımaqla öz əxlaqını ortaya qoyub. İndiki durumda ermənipərəstliyi ilə açıq –aşkar bizə olan qərəzini nümayiş etdirir.
Bütün dünyaya ermənilərin törətdikləri vəhşiliklər bəllidir. Avropanın göbəyində yerləşən bir dövlətin başçısı isə bunları görmək istəmir. Qarabağın hər qarış torpağına dinc əhalinin, uşaqların, Şəhid və Qazilərimizin qanı tökülüb. Məscidlərimiz, məktəblərimiz, mədəniyyət abidələrimiz yerlə yeksan edilib. Fransanın “növcavan” prezidenti bunları görmür. Makronun fransız xalqına hörməti yoxdur. XX əsrin əvvəllərində bu xalqın böyük yazıçıları, ziyalıları “Dreyfusun işinə görə” vicdan və xarakter nümayiş etdiriblər. Fransada nəsillər arasında varislik prinsipi itib. Makronun timsalında bu çox aydın şəkildə görsənir…”.
Yeganə




