Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə yeni danışıqları istisna etmir, lakin hələlik faydalı” söhbət üçün mövzular görmür.
Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.
Makron Fransanın bütün tərəflərlə dialoq üçün həmişə hazır olduğunu və belə də qaldığını qeyd edərək, Ukraynada münaqişə başlayanda Putinlə bir neçə dəfə telefonla danışdığını xatırladıb.
“Əgər fürsət yaranarsa və onların məzmunundan asılı olaraq, mən yeni danışıqları istisna etmirəm. Bu gün faydalı söhbət üçün mövzular yoxdur”, – Fransa lideri Kişinyovda Avropa Siyasi Birliyinin sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əgər bir sıra məsələlər üzrə hər hansı irəliləyiş olarsa və dialoq özünü doğrultsa, o, heç bir tərəddüd etmədən istənilən liderə zəng edəcək.
Qeyd edək ki, bundan əvvəl Makron bildirmişdi ki, Qərb Ukraynaya maddi və etibarlı təhlükəsizlik zəmanəti verməlidir və silah tədarükü Kiyevi strateji dialoqlara daxil etməyi əvəz edə bilməz.
Yeganə





