“9 ölkə Fələstinin müstəqilliyini tanıyacaq. Bunu 2023-cü ildə gözləyirik”
Elchi.az xəbər verir ki, bu sözləri Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Maliki “RİA Novosti”yə müsahibəsində bildirib.
Xatırladaq ki, Fələstin lideri Mahmud Abbas daha əvvəl bildirmişdi ki, Fələstinin tanınması regionda sülhün açarıdır. Hazırda 138 dövlət Fələstinin müstəqilliyini tanıyır.
“Tanınma məsələsi davam edən məsələdir. Biz bunu çox ciddi qəbul edirik və arzu edirik ki, 2023-cü ildə ölkələrin sayı 155-ə çata bilər. 2023-cü ildə gözləyirik ki, daha 9 ölkə Fələstinin müstəqilliyini tanıyacaq”.
Fələstinli nazir məlumat verib ki, iki həftədən sonra Afrika ölkəsinə səfər edəcək, bu ölkə onun gözləntilərinə görə səfərinin sonunda Fələstini tanıdığını elan edəcək.
“İndi biz Amerikada başqa bir ölkə ilə işləyirik, onlar da Fələstinin tanınması istiqamətində işləyirlər”.
Maliki əlavə edib ki, Qərbi Avropanın 7-8 ölkəsi ilə bu məsələ ilə bağlı iş aparılır.
Yeganə




