Qlobal istiləşmə malyariyanın yayılmasına imkan verən isti ərazilərin artmasına səbəb olur.
Elchi.az xəbər verir ki, ümumdünya İqlim Sammitinə təqdim edilən hesabat təhlükənin miqyasını ortaya qoydu. İnfeksiya mütəxəssisi həkimlər Türkiyədəki vəziyyəti qiymətləndirdi.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi və Ətraf Mühit üzrə Konvensiyasının (UNFCCC) Tərəflərin 28-ci Konfransı (COP28) üçün dərc edilmiş hesabatda qlobal istiləşmənin malyariya riskini artırdığına dair ən son tapıntılar açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlim böhranının malyariya ilə mübarizə üçün böyük təhlükə yaratdığını bəyan edib və ani temperatur artımına qarşı xəbərdarlıq edib. Məlumata görə, malyariyanı yayma potensialına malik ağcaqanadlar yüksək temperaturda inkişaf edir. Bu vəziyyət yaxın keçmişdə istidən təsirlənməmiş bölgələrdə də riski artırır.
Şayəstə Hüseynova






