"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manat avro qarşısında niyə ucuzlaşır? – Bayramov

07 Aprel 2023 - 15:57
in İQTİSADİYYAT

Avronun dollara nisbətən kursu yenidən yüksəlib. Avrozona və xüsusən də Almaniya iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər avronun məzənnəsini möhkəmləndirib.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
“Almaniyada iqtisadi artım, məşğulluq və eləcə də inflyasiya ilə bağlı göstəricilər son 12 ayda ən yaxşı hesab olunur. Avrozonada istehsalçı qiymət indeksi (PPİ) də aylıq müqayisədə 0.5 faizədək azalıb. Digər tərəfdən, ABŞ iqtisadiyyatı da rüblük hədəflərə tam nail ola bilmir. FED-in uçot dərəcəsi artımları istehlak bazarındakı qiymətləri optimal həddə saxlamaq üçün hələlik yetərli deyil. Əksinə, kredit bazarında kəskin bahalaşma müşahidə olunur.
Eyni zamanda, dolların beynəlxalq ticarətdə payının azaldılması ilə bağlı səylər də güclənməkdədir. Çin və Braziliya qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı danışıqları intensivləşdirərək ABŞ pulunun sövdələşmələrdə payının azaldılması istiqamətində real addımlar atır. Rusiya tarixində ilk dəfə olaraq aylıq ticarət dövriyyəsində Çin valyutası dolları üstələyib. Mart ayında da bu tendensiya davam edib.
Bu arada, manat da avroya nisbətən dəyər itirməkdədir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, son 1 ayda manat avroya nisbətən 4.0 faizə yaxın ucuzlaşıb. Son yarım ildə isə manat avroya nisbətən 10.0 faiz dəyər itirib. Milli valyutamızın Avropa puluna nisbətən ucuzlaşması avronun dollara nisbətən kursundakı dəyişikliklər ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, avroya nisbətən isə çarpaz məzənnəsi müəyyənləşir. Avro dollara nisbətən dəyər qazanan zaman manat da Avropa puluna nisbətən ucuzlaşır”, – millət vəkili bildirib.
Onun sözlərinə görə, avronun möhkəmlənməsi Avropadan idxal edilən malların manat ifadəsində xərcinin artmasına səbəb ola bilər:
“Hələlik bu məhsullarda hissedilən qiymət artımları müşahidə olunmasa da avro güclənməkdə davam edərsə, Avropa malları dünya bazarında bahalaşacaq”.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Amerikalı kəşfiyyatçı Ukrayna Silahlı Qüvvələrinin böyük məğlubiyyətə uğrayacağını proqnozlaşdırıb

Next Post

Putin Ərdoğanın nümayəndəsi ilə Ukraynanı müzakirə edib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Putin Ərdoğanın nümayəndəsi ilə Ukraynanı müzakirə edib

Putin Ərdoğanın nümayəndəsi ilə Ukraynanı müzakirə edib

Müzakirə olunan məsələlər bir məqsəd güdür…

Müzakirə olunan məsələlər bir məqsəd güdür...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.