"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manat “dirilir”

18 Aprel 2015 - 11:38
in İQTİSADİYYAT MANŞET

img1793542İqtidar Neft Fondunun vəsaitlərini xərcləməyə qərar verdi; Xaricdəki 37 milyard dollar ehtiyatımızın təqribən 3-4 milyardı manatın kursunu bərpa etmək üçün gətirilir; neft karteli-OPEK-in üç əsas ölkəsi ilə intensivləşən təmaslar səbəbsiz deyilmiş; bəzi məmurlar 21 fevralın əksi prosesindən də milyonlar qazanmaq niyyətindədir…

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Neftin qiymətinin dünya bazarında ucuzlaşması ilə manatının da devalvasiyası və milli valyutaya mümkün “ikinci zərbə” haqda əhalidə artan narahatlıq Azərbaycan iqtidarını qabaqlayıcı addımlar atmağa məcbur edib. Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulduğundan yaxın vaxtlarda hökumətin dövlət xərclərində bəzi ixtisarlar edəcəyi gözlənilirdi. İqtisadiyyatı əsasən, “qara qızıl”dan asılı olan qonşu Rusiya ehtiyat fondlarını tam zəiflətməmək üçün bu cür ixtisarlara getməyə məcbur olmuşdu.

 
Amma Azərbaycan iqtidarı nəinki büdcə xərclərini azaltmağa, əksinə əhalinin əsas narahat edən manatı əvvəlki kursuna qaytarmaq üçün ciddi fəaliyyətə keçib.
Xəbərlərə görə, hökumət əhalinin ciddi maraqlandıran manatın məzənnəsinin “sərbəst üzərək” nəzarətdən çıxmaması üçün Neft Fondunun xaricdə ehtiyat kimi saxlanılan vəsaitlərini xərcləyəcək. Baş nazirin sabiq müavini, hökumətin iqtisadi komandasının planlarından xəbərdar olan deputat Vahid Əhmədov da AzadlıqRadiosuna müsahibəsində bu məlumatı təsdiqləyib. “Başqa cür mümkün deyil.
 
Bəs Neft Fondu nədən ötrü yaradılıb? Əlbəttə ki, bu cür kritik vəziyyətlər yarananda, iqtisadi böhran yarananda vəziyyətdən çıxmaq üçün”. Vahid Əhmədov Neft Fondunun xaricdəki vəsaitlərinin nə qədərini geri çağıracağını bilmir, amma müstəqil iqtisadçılar təqribən 3-4 milyard dollar civarında olacağını proqnozlaşdırırlar. Məlumatlara görə, hazırda Neft Fondunun 2,7 milyard vəsaiti depozit və pul şəklindədir – bunlar sərbəst vəsaitlərdir və qısa müddətdə geri çağırıla bilər. Qalan vəsaitlər isə səhm portfeli, daşınmaz əmlak və qızıl şəklindədir.
Qeyd edək ki, bu il yanvarın 1-nə olan məlumata görə, Neft Fondunun vəsaitləri 37 milyard dollardır.
***
Xəbərlərə görə, iqtidarın iqtisadi komandası əhalidə narazılıq doğuran 21 fevral devalvasiyasına getmək istəmirmiş. Amma xaricdəki pulların gətirilməsində iki aylıq müddət hökuməti bu addıma vadar edib. Bundan sonra ölkədə əhalinin xüsusilə bank sektorundan ciddi narazılığı yarandı.
Eləcə də dolların 2 manatadək bahalaşacağı haqda xəbərlərin yaratdığı ajiotaj səngimir ki, bu da “Bakı-2015″ərəfəsi sosial gərginlik, iqtidardan narazılıq yaradır. Yada salaq ki, Avropa Oyunlarından sonra Azərbaycan parlament  seçkiləri ovqatına köklənəcək və belə görünür ki, müxalifət ”manatın devalvasiyasını” iqtidara qarşı ən ciddi kozır kimi önə çəkmək niyyətindədir.
“Forbes” nəşri son sayında yazır ki, Azərbaycan manatı MDB məkanında böhrana ən davamlı və devalvasiyaya ən az məruz qalan valyutadır. Bu isə onu göstərir ki, iqtidar manatın “kəsrini” külli-miqdarda deyil, yalnız Neft Fondunun ehtiyatlarından müəyyən vəsait xərcləməklə düzəltməyə qərarlıdır.
Hökumətin Neft Fondunun vəsaitlərini manatın kursunun sabitləşməsinə yönəltməyə qərar verməsinin daha bir ciddi səbəbi də var. Belə ki, Azərbaycan iqtidarı neft karteli – OPEK-in xüsusilə üçü əsas ölkəsi ilə son günlər  intensivləşən təmasları səbəbsiz deyilmiş.
Redaksiyamıza verilən xəbərə görə, Azərbaycan iqtidarı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və İraqla təmaslarda neftin qiymətinin yaxın aylardakı qiyməti ilə bağlı informasiya alıb. Çünki dünyada neftin ixrac qiymətini OPEK-də diktə edən üç ölkə var: Səudiyyə Ərəbistanı, İraq və Liviya. Bu sırada BƏƏ-də var. Xatırladaq ki, Dubay əmiri ötən ay Bakıda olub, bundan sonra gözlənilmədən Azərbaycan prezidenti Səudiyyə Ərəbistanına gedib və kral da daxil, neft sektorunu kurasiya edən əmirlərlə görüşüb.
Bu günlərdə isə gözlənilmədən daha bir səfər reallaşıb. Bu dəfə SOCAR prezidenti Rövnəq Abdullayev İraqa səfər edib və neft naziri ilə görüşüb. Bu səfərlər iqtidarın “ərəb açılımı” kimi izah edilsə də, mənbəmiz israr edir ki, bu görüşlərdə əsas müzakirə neftin yaxın aylardakı qiyməti ilə bağlı olub. “Hökumət dünyadakı neft oyunçularından qiymətlə bağlı informasiyalar əldə etdikdən sonra Neft Fondunun pullarının ölkəyə gətirməsinə qərar verib. Yəni neftin hətta 20 dollara düşəcəyi barədə xəbərləri dəqiqləşdirməyə ehtiyac yaranmışdı. Belə bədbin proqnozların həqiqət payı olsaydı, iqtidar Neft Fonduna əl dəyməzdi.
Manatın dollara nisbətdə 78 qəpik olmasa da, bundan sonra 87-90 qəpik həddə gətiriləcəyi proqnozlaşdırılır” deyə,  qaynağımız bildirib. Yeri gəlmişkən, dünyada neftin qiymətində də artım hiss olunmaqdadır. Aprelin 17-də olan məlumata görə, neftin qiyməti 65 dollara yaxınlaşıb…
*    *    *
Manatın əvvəlki kursuna qaytarılacağı barədə xəbərlər hökumət kuluarlarında yayıldıqdan sonra bəzi məmurlar, xüsusilə bankı olanlar yenidən qazanc üçün “əllərini əllərinə” sürtməyə başlayıblar. Belə xəbərlər var ki, iqtisadi sektora aid bir nazirin türklərlə ortaq olan bankına son günlər külli miqdarda manat gətirilib. Dolların “göylərə” qalxdığı, manatla hətta kreditlərin  dayandırıldığı bir vaxtda külli-miqdarda milli valyutanın banka yatırılması maraq doğurur. İddiaya görə, bu, dolların tezliklə enişindən xəbərdar olan həmin məmur bu dəfə 21 fevralın əksi prosesindən də milyonlar qazanmaq niyyətini göstərir.(“Yeni Müsavat”)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərbaycan muğamı ensiklopediyası” Moskvada

Next Post

Ərdoğan Qazağıstanda “yandı” (VİDEO)

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Ərdoğan Qazağıstanda "yandı" (VİDEO)

İzmitdə Xocalı soyqırımının qurbanları anılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.