"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manat dollara bərabər ola bilər

01 May 2015 - 14:27
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Manat dollara bərabər ola bilərİqtisadçı Samir Əliyev manatın gələcəyi ilə bağlı nikbin proqnoz verib

İqtisadçı-ekspert Samir Əliyev Azərbaycanda dolların ucuzlaşması barədə yazıb.
ANS PRESS iqtisadçının sosial şəbəkədə manatın mövqeyinin möhkəmlənməsi barədə fikirlərini təqdim edirik:
Həftəni manat inamla başa vurur. Çünki Mərkəzi Bank hər gün manatı cüzi də olsa bahalaşdırır. Yol salacağımız həftədə manatın dollara olan rəsmi məzənnəsi 0,2% möhkəmlənərək 1,0502-dən 1,0482-yə qalxıb. Manatın indiki həddi devalvasiyadan sonra ən yüksək həddir. Ciddi enmə-qalxmalara rəğmən manat aprelin əvvəlindəki həddəki mövqeyinə qalxıb. Manatın rəsmi məzənnəsinin bahalaşması əlbəttə dünya bazarlarında neftin bahalaşması ilə bağlıdır. Martın ortalarından başlayaraq üzü yuxarı qalxan neft manata yönələn təzyiqlərə qarşı qalxan rolunu oynayır. Aprel ayında Brent markalı neft 20%-ə qədər bahalaşıb. Bu isə manatın devalvasiyası qərarını xeyli ertələyir. Neftin bahalaşmasını ABŞ iqtisadiyyatının inkişafı ilə bağlı gözləntilərin özünü doğrultmaması və slans neftinin hasilatının pik həddə çatması kimi rəylər, Yəmən ətrafındakı münaqişə təmin edir. Hətta Səudiyyə Ərəbistanı və İraqın timsalında OPEK-in aprel ayında neft hasilatını son 2 ildə maksimum həddə çatdırması da bazara təsir edə bilmir.
FED-in son iclasında uçot dərəcəsinin qaldırmaq niyyətini bəyan etməməsi son 2-3 həftədə təyziq altında qalan dolları daha da ucuzlaşdırdı. Dollar hazırda bütün valyutalara nisbətən ucuzlaşır. Hazırda manatın da bahalaşmasını şərtləndirən amil məhz dolların ucuzlaşmasıdır. Bivalyuta səbətinə keçid manatı dünya bazarlarında dollar-avro məzənnəsinə həssas edir. Ancaq manatın hazırda bivalyuta səbəti əsasında məzənnəsinin müəyyənləşdirilməsi real görünmür. Bu səbətdə dollar və avronun payı hələ də açıqlanmayıb. Manatın məzənnəsinin dəyişməsi isə hər iki valyutanın dünya bazarlarında dəyişməsinə adekvat deyil. Bu isə manatın məzənnəsinin əvvəlki dövrdə olduğu qaydada müəyyənləşdirilməsi fikrini möhkəmləndirir.
Neftin bahalaşması və dolların ucuzlaşması manat üçün əlverişli şərait yaradır. Üstəgəl Rusiyada rublun bahalaşması da manatın xeyrinədir. Bu gün baş verən proseslər nəticəsində uzunmüddətli nəticələr çıxarmaq tezdir. Çünki inadlı artıma rəğmən neftin bahalaşmaqda davam edəcəyini söyləmək çətindir. Hazırda neft 70 dollarlıq psixoloji həddi keçməyə çalışır. Bu. Azərbaycanın vəziyyətini xeyli yaxşılaşdırır. Çünki neft 90 dollara olanda büdcəyə daxilolma köhnə məzənnə ilə (78 qəpik) hər barel üçün 70 manat isdisə, hazırda yeni məzənnə ilə həmin həddə yaxındır. Əsas problem Neft Fondunun gəlirləri ilə bağlıdır. İndiki məzənnə ilə Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirmək çətin olacaq. Deməli, çıxış yolu ya xaricdəki aktivlərə müraciət etməkdir, ya da gündəmdə olan devalvasiya tədbirlərinə əl atmaqdır.
Əmanətlərin dollarlaşdırılması prosesinin yekunlaşmaqda olması, neftin itirdiyi mövqelərini bərpa etməsi, dolların ucuzlaşması, rublun möhkəmlənməsi, ən əsası bazarda panik vəziyyətin olmaması artıq manatı rahat nəfəs almağa imkan verir. Ona görə də hökumət bu şəraitdə ən azı seçkilərə qədər manatı ucuzlaşdırmaqda maraqlı olmayacaq. Hətta ola bilsin manatla dolları bərabərləşdirsin. Bunun üçün hökumət büdcəyə yenidən baxmalı, xərcləri ixtisar etməli, o cümlədən Neft Fondundan transferi (aktivləri istifadə etməmək üçün) azaltmalıdır. Ancaq göstərdiyimiz amillər neftin ucuzlaşması ilə aradan qalxa bilər. Ona görə də manatın indiki bahalaşmasını uzunmüddətli hesab etmək düzgün olmazdı. Ən əsası bir fikri özümüz üçün aydınlaşdıraq ki, manat heç zaman əvvəlki kimi baha olmayacaq.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı bacı-qardaş 58 il sonra görüşdü- Ermənilər onu övladlığa götürmüşdü…

Next Post

Zəlzələdə ölənlərin cəsədləri yandırılacaq … (fotolar)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Zəlzələdə ölənlərin cəsədləri yandırılacaq … (fotolar)

Bakıda neftlə bağlı mühüm görüş

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.