Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ dollarının məzənnəsi iyulun 22-si ilə müqayisədə dəyişməyərək 1,5724 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,7259 manat olub.
1 rus rublu 0,81% ucuzlaşaraq 0,0243 manat, 1 türk lirəsi isə 0,33% artaraq 0,5141 manat olub.




