"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manat ucuzlaşdı, bəs sonra? – TƏHLİL

22 Dekabr 2015 - 11:06
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Manatın dəyərinin üzən məzənnə rejiminə buraxılması nə qədər zəruri və vacib addım olsa da, bir sıra istiqamətlərdə ölkə əhalisinin maddi vəziyyəti və sosial durumu üçün hər halda, mənfi təzahürlərlə nəticələnəcək. Məsələ bundadır ki, Mərkəzi Bankın (AMB) bu ilin fevral ayının 21-dəki 34%-lik ucuzlaşdırma siyasəti qərarı daha çox korrektə addımı xarakteri daşıdısa, budəfəki ucuzlaşdırma bir növ kəskin devalvasiya təəssüratı bağışladı.

Təsadüfi deyil ki, bundan sonra manatın məzənnəsinin əsasən, valyuta bazarında tələb və təklifin nisbəti altında müəyyən olunacağı, AMB-in valyuta bazarında iştirakının isə buna uyğun həyata keçiriləcəyi deyilir.

Doğrudur, AMB İdarə Heyətinin sədri Elman Rüstəmov qurumun manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcəyini bildirib. Belə ki, söhbət idarə olunan üzən məzənnədən gedir.

Lakin, iş ondadır ki, üzən məzənnə siyasətinə keçid əslində bunu sadəcə, bəyan etməklə baş vermir və baş verməməlidir də. Yəni, eyni zamanda və yaxud bunun ardınca büdcədən sosial istiqamətdə maliyyələşdirmədə, o cümlədən, əhalinin banklardakı əmanətlərinin indeksləşdirilməsi və sair kimi istiqamətlərdə də müvafiq addımlar atılmalı, hökumətin digər strukturları da üzərlərinə düşən bir sıra zəruri vəzifələri dərhal yerinə yetirməyə çalışmalıdırlar.

AMB sədri E. Rüstəmov da qeyd edib ki, bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyat üçün ciddi çaşqınlıq yarada bilər. Bunlardan ən vacibi isə şübhəsiz, bank sektoru və onlar tərəfindən indiyədək verilən kreditlər ilə bağlıdır.

Doğrudur, ölkənin baş bankiri bəyan edib ki, bank sektorunda vəziyyət stabildir. Bank sektorunun sabitliyinin ən başlıca göstəricisi kimi isə beynəlxalq praktikada qəbul olunan kapital adekvatlığının olduğu göstərilib. “Beynəlxalq praktikada normalda bu 8%-dirsə, bu gün Azərbaycan bank sektorunda bu göstərici 17% səviyyəsindədir. Bu gün bankların likvidliyi 2 dəfədən çoxdur”, – deyə, E. Rüstəmov söyləyib.

Ancaq bizim toxunmaq istədiyimiz məsələ isə odur ki, AMB-in fevral ayındakı korrektə addımından sonra ölkədə problemli kreditlərin ödənilməsi ilə bağlı vəziyyət bir az da pisləşmişdi. Yəni banklar və vətəndaşlar onsuz da çətin vəziyyətdə idilər. Bütövlükdə bank sektoru hələ də özünə gəlməmişdi. Xatırladaq ki, hətta bir arada banklar kreditləşdirməni dayandırmalı da oldular. Problemli kreditlərin səviyyəsi isə artdı. Və bu proses hələ də davam etməkdə idi.

Bir daha xatırladaq ki, 2015-ci il noyabrın 1-nə olan məlumata görə Azərbaycan kredit təşkilatları tərəfindən 18 milyard 566,4 milyon manat kredit qoyuluşunun 7 milyard 557,1 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri – red.) aid olub ki, bu rəqəm cari ilin sentyabr ayının yekunlarına (7 milyard 592,2 milyon manat) görə, 35,1 milyon manat və ya 0,46% az olsa da, bütövlükdə durmadan artmaqdadır.

Ona görə də ölkədə əhalinin bir qisminin kredit borclarının dövlət tərəfindən guya bağışlanacağı, gah da məsələn, yaşayış minimumu və sair kimi göstəricilərlə əlaqədar ödənilməməli olduğu kimi ara-sıra absurd xarakterli fikir və mülahizələr irəli sürülür.

Odur ki, fikrimcə, ilk növbədə dollarla kredit götürənlər üçün müəyyən təkliflər paketi və müvafiq geri ödəniş mexanizmi işləyib hazırlamaq lazımdır. Bu, bankların gələcək xilası üçün olduqca vacib sayılır.

Belə ki, əgər, yaranmış situasiyadan çıxmaq üçün biz, manatın ucuzlaşması ilə ixrac potensialımızdan istifadəni yaxşılaşdırmaq və genişləndirmək istəyiriksə, buna bank sisteminin iştirakı olmadan heç cür nail ola bilməyəcəyik. Çünki real sektor məhz kredit təklifinin genişlənməsi yolu ilə dəstəklənməlidir.

Təsadüfi deyil ki, AMB sədri də yuxarıda sitat gətirdiyimiz fikirlərinə üstəlik əlavə olaraq, ixracın stimullaşdırılması istiqamətində də addımlar atılmalı olduğunu bildirib. “Bu istiqamətdə düşünürük. İxracatçılar üçün ucuz kreditlərin verilməsi, digər güzəştlərin müəyyənləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi kompleks tədbirlər və proqramlar üzərində işləyir”,- deyə, E. Rüstəmov vurğulayıb. Kredit təklifini artırmaq üçün isə bankların problemli kreditləri azaldılmalıdır.

Sual yaranır ki, buna manatın kəskin devalvasiyası və yaxud üzən məzənnə siyasəti nəticəsində heç bir konkret adekvat tədbirlər həyata keçirmədən nail olmaq mümkündürmü? Şübhəsiz ki, yox… Bəs, bunlar nədən ibarət olmalıdır və ya ola bilər?

Fikrimizcə, manatın budəfəki 50%-ə yaxın ucuzlaşdırılmasından sonra birincisi, ya ABŞ dolları ilə götürülən kreditlər əvvəlki kursla, yəni 1$ = 1,05 azn üzrə qaytarılmalıdır.

İkincisi, kreditlərin ödənişi müddətləri maksimum səviyyədə uzadıla bilər. Və yaxud da üçüncü yol, problemli kreditləri olan banklara dövlət tərəfindən müvafiq maliyyə dəstəyi həyata keçirmək – kompensasiya yolu ilə bağışlanması kimi məsələ təcili olaraq gündəliyə gətirilməlidir… Real olaraq isə əvvəlki 2 yoldan birini daha optimal variant hesab edirik.

O ki qaldı əhalinin banklardakı əmanətlərinin indeksləşdirilməsi, həmçinin istehlak qiymətləri yüksəlişindən sığortalanmanın təşkili və sair kimi istiqamətlərdə müvafiq addımların atılmasına, bu sahələrdəki tədbirlər mərhələli də olaraq həyata keçirilə bilər.


Pərviz Heydərov
AzVision.az üçün

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Generallar gömrükdə yoxlama apardı

Next Post

Neftçilərin axtarışları davam edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftçilərin axtarışları davam edir

`Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər` - Сon Kirbi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.