"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Manatın devalvasiyası bu il əsas mallar üzrə 10 faizlik inflyasiya yarada bilər”

11 Mart 2015 - 14:22
in XƏBƏR LENTİ

“Manatın devalvasiyası bu il əsas mallar üzrə 10 faizlik inflyasiya yarada bilər”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əli Məsimli: “Süni surətdə qiymət artımının hər faizı il ərzində ölkə vətəndaşlarının ailə büdcəsinə 170 milyon manatdan çox ziyan vurur”

“Manatın devalvasiyası Azərbaycan iqtisadiyyatında yeni situasiya yaradıb. Məlumata görə, hökumət həmin situasiyanın neqativlərini aradan qaldırmaq, nisbi üstünlüklərindən isə faydalanmaq istiqamətində tədbirlər paketi hazırlayır. Çox istərdik ki, həmin paketdə manatın devalvasiyasının mənfi nəticələrinin mümkün sahələrdə aradan qaldırılması, xüsusən də dollarla kredit alanların vəziyyətinin normallaşdırılması, digər yöndə müəyyən dərəcədə yumşaldılması istiqamətində sistemli tədbirlər olsun”. 
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat  Əli Məsimli bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi.
Qeyd edək ki, manatın ucuzlaşması səbəbindən bazardakı qiymətlərin artması onu diktə edir ki, vergi və gömrükdə normal vəziyyət yaradılsın. Ancaq hələlik bu sahələrdə ölkə əhalisinə və sahibkarlara faydalı ola biləcək qərarlar qəbul olunmur, əksinə durum daha da ağırlaşdırılır. Güzəştlər hara qədər tətbiq edilə bilər və tətbiq edildiyi halda daxili bazarda qiymətlər nə qədər ucuzlaşar?
Bu barədə sualımıza cavabında Ə.Məsimli bunları söylədi: “Bununla əlaqədar çox istərdim ki, tədbirlər paketində sizin qaldırdığınız sualla bağlı sadalayacağımız məqamlar da öz əksini tapsın. Birincisi, manatın yeni məzənnə nisbətində nisbi sabitliyinin təmin olunması istiqamətində səylərin artırılması zəruridir. Hökümət bir müddət buna nail ola bilsə, valyuta bazarındakı qeyri-müəyyənlik və iqtisadiyyatın real bölməsinə, istehsala sərmayə qoyuluşu sahəsındə yaranmış ehtiyatlanmalar da səngiyər.
İkincisi, Azərbaycanda bir sıra malların qiyməti 450-500 manat orta gəlir sahibi olan orta statistik azərbaycanlının, eləcə də təqribən onun yarısına bərabər maaşı olan büdcə təşkilatlarında çalışanların əsas hissəsinin alıcılıq qabiliyyətdən çox yüksəkdir. Ona görə də, süni qiymət artımının qarşısının alınmasının səmərəli mexanizminin tətbiqinə daha çox diqqət edilməlidir. Çünki əhaliyə manatın devalvasiyası ilə yanaşı, süni qiymət artımı da ciddi mənfi təsir göstərir. Düzdür, bü istiqamətdə iş gedir. Amma həmin sahədə etibarlı mexanizm yaradılmasa, hökumətin qiymət artımı ilə bağlı göstərdiyi səylər bir müddət nəticə verəndən sonra yenə də süni qiymət artımı özünü göstərməyə başlayacaq”.
Ona görə də, iqtisadçı ekspert konkret addımların atılmasını zəruri sayır: “Əvvala, təbii qiymət artımı ilə süni qiymət artımını bir-biri ilə qarışdırmadan bu işə elə yanaşmaq lazımdır ki, həmin prosesdən nə əhali uduzsun, nə də biznes… Manatın devalvasiyası 2015-ci il ərzində əsas mallar üzrə 10 faizdən bir qədər artıq inflyasiya yarada bilər. İnflyasiyanın bundan artığı süni qiymət artımı olacaq. Süni surətdə qiymət artımının hər faizı il ərzində ölkə vətəndaşlarının ailə büdcəsinə 170 milyon manatdan çox ziyan vurur. Bunun qarşısının alınmasının fundamental yolu ölkə iqtisadiyyatında inhisarçılıq meyllərinə son qoyulmasıdır. İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq strukturları təkcə mağazalarda yox, mal Azərbaycana daxıl olan andan ta mağazaların piştaxtalarına gəlib, çıxana gədər bütün proseslərin obyektiv monitorinqini aparsa, onda təbii qiymət artımı öz yolu ilə gedəcək. Nəticədə süni qiymət artımını aradan qaldırmaqla, qiymət artımını xeyli dərəcədə səngitmək, sistemli işlər hesabına isə gələcəkdə hətta bir qədər açağı düşməsinə də nail olmaq olar”.
Bundan əlavə, Ə.Məsimli kiçik və orta bizneslə, xüsusən də, xaricdən gətirilən məhsulları əvəz edə bilən məhsulların istehsalı ilə məşğul olan sahibkarklara vergi güzəştlərinin tətbiqini zəruri sayır: “Güzəştli kreditlərin verilməsi və xaricə mal çıxarılması qarşısındakı maneələrin aradan qaldırılması ilə onlara əlverişli şərait yaratmaq lazımdır. Həmin tədbirlərin köməyi ilə valyuta bazarındakı qeyri-müəyyənliyi aradan qaldırmaq, orada situasiyanı normallaşdırmaq, əhalinin daha çox işlətdiyi malların qiymətinin süni surətdə artımının qarısını xeyli dərəcədə almaq, makroiqtisadi sabitliyə yönəlik mənfi meylləri neytrallaşdırmaq, ziyanı xeyli azaltmaq və tədricən yerli istehsalın artımını yetərli səviyyəyə çatdırmaq olar”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı şagirdin erməni sürücü tərəfindən vurulması ilə bağlı etiraz aksiyası keçirilib

Next Post

Devalvasiya Şeyxi də vurdu, həcc qiymətləri qaldırıldı + videosüjet

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Devalvasiya Şeyxi də vurdu, həcc qiymətləri qaldırıldı + videosüjet

Natiq Əliyev 400 milyon avroluq sövdələşməyə görə narazılığını açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.