"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manatın məzənnəsi “üzməyə başlasa”, nə baş verər?

02 Aprel 2015 - 17:36
in XƏBƏR LENTİ

Manatın məzənnəsi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ekspertlər bildirirlər ki, bu halda manatın sürətlə ucuzlaşmaşı baş verə, milli valyuta ən azı 20 faiz dəyərdən düşə bilər

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun manatla bağlı son fikirləri yenə narahatlığa səbəb olub. O, bildirib ki, Azərbaycan tam “üzən məzənnə” siyasətinə keçidə hazır deyil. Çünki indiki halda, tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir.
Elman Rüstəmov qeyd edib ki, tam “üzən məzənnə” siyasətinə keçsələr, bazardan asılı olaraq, manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər.
Onun bu fikirləri isə yenidən devalvasiya olacağı barədə şübhələrə əsas verib. Ekspertlər məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Ekspert Samir Əliyevin sözlərinə görə, mətbuata artıq manatın növbəti devalvasiyası barədə məlumatlar yol açıb: “Bu gün Mərkəzi Bankın manata yönəlik birbaşa və ya dolayı istənilən addımı cəmiyyətdə devalvasiya qorxusu yaradır. Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addımı atacaq” fikrini hakim edib. Qayıdaq “üzən məzənnə”nin devalvasiya ilə əlaqəsinə… Əvvəla onu deyək ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat pis diversifikasiya olunub. Deməli, manatın gücünü ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiyməti müəyyənləşdirir. Ona görə də, tam “üzən məzənnə”yə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər. Təsəvvür edin ki, “üzən məzənnə” olsaydı, 2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından başlayaraq isə manata təzyiq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi. Belə vəziyyətdə devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi, dollar ən azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi”.
Ekspert bildirib ki, indi əgər “üzən məzənnə”yə keçilsə, manatın sürətlə ucuzlaşmaşı baş verəcək: “Ona görə də Azərbaycanın tam “üzən məzənnə”yə keçməsi real deyil. Açığını deyim ki, bu, üfiqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatı Azərbaycanla müqayisədə yaxşı diversifikasiya olunmuş Rusiya da tam “üzən məzənnə”yə keçə bilmədi. Rusiya Mərkəzi Bankı hazırda maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir.
Devalvasiyaya gəlincə, köhnə fikrimizdə qalırıq. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20 faiz ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq”.
S.Əliyev qeyd edib ki, ilin sonuna kimi manatın dəyərini ən azı 10 faiz itirəcəyi gözlənilir: “Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacağını deyəndə, idarəolunan “üzən məzənnə” siyasətinə keçidi elan edəndə bunu nəzərdə tuturdu. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa, “üzdüyünü” müşahidə edəcəyik”.
Ekspert Pərviz Heydərov isə bildirib ki, Mərkəzi Bank sədrinin manatın dəyərinin yaxın perspektivi haqqında son olaraq, söylədiyi fikirlər yenə bəzilərinə müvafiq kampaniyaya başlamaq üçün əsas verib:“Belə ki, söhbət, hökumətin guya, tezliklə tam “üzən məzənnə” siyasətinə keçəcəyindən gedir. Halbuki, Elman Rüstəmov belə deməyib və bu, praktik olaraq da mümkün deyil. Məsələ bundadır ki, bizdə devalvasiya düzgün anlanılmır. Və bu sahədə bir çox mətləblər qarışdırılır. Devalvasiya ölkənin mərkəzi maliyyə qurumu tərəfindən yumşaq pul-kredit siyasətini ehtiva edir ki, bunun əsas məğzi dövriyyəyə tələb olunduğundan artıq nağd pul buraxılmasından ibarətdir. Başqa sözlə desək, mükəmməl devalvasiya siyasəti əsas etibarı ilə pul-kredit mexanizmi çərçivəsində həyata keçirilir. Sözümüz bunda deyil. Azərbaycanda uzun illərdir ki, Mərkəzi Bank sərt-pul kredit siyasəti həyata keçirir. Keçən il bu proses istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması ilə bir az da sərtləşdirildi.
Manatın məzənnəsi isə həmişə “yumruqda” saxlanılıb. Hətta neftin qiyməti kəllə-çarxda olan illərdə belə, xarici maliyyə qurumlarının yumşaq məzənnə siyasətinə keçməyi tövsiyə etmələrinə baxmayaraq, hökumət buna getməyib. Və bu da bir çox cəhətdən özünü doğruldub. Belə ki, neftin qiyməti yüksək olan zaman ölkəyə kəskin dollar axını var idi ki, dövlət büdcəsinə gəlirlər geniş xarakter daşıyırdı. Bu zaman, hökumət ölkədə geniş infrastruktur layihələri həyata keçirirdi. Yeri gəlmişkən, bəziləri deyir ki, manatın dəyəri əgər, həmin vaxt sərbəst buraxılsaydı guya dollar 78 qəpiyə qədər deyil, 50 qəpiyədək ucuzlaşa bilərdi. Bu, tamamilə səhv fikirdir”.
Ekpertin fikrincə, manatın dəyərinin arxasında təkcə neft dayandığından, onun qiyməti 100 dollardan yuxarı olduğu vaxtda da sərbəst buraxılsaydı, daha dəqiq desək, “üzən məzənnə” siyasətinə keçilsə idi, dolların milli pul vahidimizə nəzərən dəyərdən düşəcəyi yanlış nəzəriyyədir: “Ən azı büdcə xərclərinin artıq olması baxımdan, manat dollara üstün gələ bilməzdi. Odur ki, sual yaranır: real şəraitdə “üzən məzənnə” siyasətinə keçilə bilərmi? Şübhəsiz ki, yox… Elman Rüstəmov da deyib ki, Azərbaycan tam “üzən məzənnə” siyasətinə keçməyə tam hazır deyil”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Terror Türkiyəni birləşdirəcək”

Next Post

Erməni idmançı kürsüyə qalxmadı, Azərbaycan himnini dinləmədi – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Erməni idmançı kürsüyə qalxmadı, Azərbaycan himnini dinləmədi - VİDEO

Rövnəq Abdullayev “Şöhrət” ordeni ilə təltif olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.