Manatın devalvasiyası artıq birbaşa sadə insanların cibinə təsir etməyə başlayıb.
Ölkə iqtisadiyyatının bütün sahələrində bahalaşma baş alıb, gedir. İnsanlar həyəcanla manatın taleyinin bundan sonra necə olacağını düşünürlər.
Qeyd edək ki, bu prosesin neftin dünya bazarında qiymətinin dəyişməsindən birbaşa asılı olduğu bildirilir. Ekspertlər bildirirlər ki, dünya bazarında neft bahalaşmağa başlasa, manat da nisbətən digər valyutalar qarşısında öz mövqeyini gücləndirəcək və 1 manat 1 dollara bərabər olacaq.
Əksinə, neft ucuzlaşmaqda davam edərsə, manatın devalvasiyası davam edəcək və milli valyutanın ucuzlaşması 35 faizi də keçəcək.
Musavat.com mövzunun aktuallığını nəzərə alaraq, manatın durumunun bundan sonra necə olacağı ilə bağlı ekspertlərdən münasibət öyrənməyə çalışıb.
İqtisadçı Samir Əliyevin bu haqda şərhini aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Nərgiz Liftiyeva
583 DƏFƏ OXUNUB



