UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.
Elchi.az xəbər verir ki, İstanbulda oynanan UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”i 1:0 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi “Mançester Siti” kubokun sahibi olub.
Matçın ilk hissəsi qolsuz başa çatıb.
Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.
“Mançester Siti” qarşılaşmada 1:0 hesabı ilə qalib gələrək kubok tarixində ilk çempionluğunu qazanıb.
Son illərdə qazandığı uğurlarla İngiltərə futboluna damğasını vuran “Mançester Siti” Federasiya Kubokundan sonra UEFA Çempionlar Liqasını qazanaraq tarixi rekorda imza atıb.
Premyer Liqada son 6 ilin 5-də çempionluq ipini götürən Mançester Siti, FA Kuboku qələbəsi ilə ispaniyalı baş məşqçi Pep Qvardiolanın çalışdırdığı 7 illik müddətdə 21 yerli kubokun 11-ni qazandı.
Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” bu mövsüm İstanbulun ev sahibliyi etdiyi finalda “İnter”i 1:0 hesabı ilə məğlub edərək, UEFA Çempionlar Liqasını əlavə edərək, Premyer Liqa və Federasiya Kubokunu qazanaraq tarixi uğura imza atıb.
Favorit gəldiyi İstanbuldan kubokla ayrılan Mançester komandası 24 ildən sonra İngiltərə futbolunda “trebl”ə imza atan ikinci klub olub.
Nuranə Məmmədova





