İngiltərə Liqa Kubokunda “Nyukasl Yunayted”ə məğlub olan “Mançester Siti” mübarizədən kənarlaşdırıldığı halda, rəqiblərini məğlub edən “Arsenal”, “Liverpul” və “Çelsi” dördüncü tura yüksəlib.
Elchi.az xəbər verir ki, Qurumun 3-cü turunun diqqət çəkən matçlarında “Nyukasl Yunayted” son 3 mövsümün liqa çempionu “Mançester Siti”ni 53-cü dəqiqədə Aleksandr İsakın qolu ilə 1:0 hesabı ilə məğlub edərək adını 4-cü tura yazdırıb.
Gtech Community Stadiumda keçirilən matçda 8-ci dəqiqədə Reiss Nelsonun qolu ilə Brentfordu 1-0 məğlub edən Arsenal növbəti mərhələyə yüksəlib.
“Liverpul” geri düşdüyü matçın ikinci hissəsində vurduğu qollarla növbəti mərhələyə yüksələn tərəf olub. Leicester City 3-cü dəqiqədə Kasey McAteerin qolu ilə ilk yarını 1-0 öndə tamamladı. Bu qola milli futbolçu Yunus Akgün kömək edib. İkinci hissədə hücumameyilli oyun keçirən Liverpul 48-ci dəqiqədə Cody Gakpo, 70-ci dəqiqədə Dominik Szoboszlai və 89-cu dəqiqədə Diogo Jota ilə toru silkələməklə rəqibini 3-1 hesabı ilə məğlub etdi.
Liqaya yaxşı başlamayan “Çelsi” bu kubokda yoluna davam edib. London komandası 50-ci dəqiqədə Nikolas Ceksonun qolu ilə “Brighton & Hove Albion”u 1:0 hesabı ilə məğlub edib.
Nuranə Məmmədova





