
“Mançester Yunayted” “Bavariya”nın yarımmüdafiəçisi Tomas Müllerdən əl çəkmir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “mankunianlar” növbəti dəfə qarşı tərəfin “qapısını döyüb”.
Ada təmsilçisi bu keçidin reallaşması üçün almanlara 50 milyon avro təklif edib. Müllerin özünə isə həftəlik qazancı 160 min funt-sterlinq olmaqla, 5 illik müqavilə təklif edilib.
Qeyd edək ki, “Mançester Yunayted” bu yay “Bavariya”dan Bastian Şvaynştaygeri transfer etmişdi.



