"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Maraqlı təsadüf, yoxsa… – Rusiyanın Türkiyədən daşınan meyvələrə “qəzəbinin” səbəbi bilindi

22 Yanvar 2016 - 09:45
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Yəqin xatırlayarsınız: bir müddət əvvəl Rusiyada Türkiyədən idxal olunan meyvələrin ağır maşınların altına töküb əzdirilməsi kadrları televiziyaların əsas xəbərinə çevrilmişdi. Moskvanın bu qəzəbinin səbəbi indi-indi məlum olub. Sən demə, səbəb təkcə buldozerlər altında əzilən meyvələrin Türkiyədən gəlməsi deyilmiş, həm də onu Rusiyaya göndərən şirkətin adıyla bağlıymış.

Strateq.az xəbər verir ki, həmin meyvələr “Uçak” adlı bir firma tərəfindən Rusiyaya göndərilibmiş. Meyvələrin üzərində isə firmanın adı yazılan etiket varmış. Rus hökuməti bu etiketi Türkiyənin onunla “məzələnməsi”, bir müddət əvvəl Suriyayla sərhəddə düşürülən təyyarəyə eyham vurması kimi düşünübmüş. Lap, Məşədi İbadın sözü olmasın, “mənə meymun dediyin bəs deyil, əl də verib görüşürsən” misali.

Rusiya da buna adekvat cavab vermək üçün isə “Uçak” firmasına aid bütün meyvələri yox etmək qərarına gəlib. Bəzilərini dala qaytarıb, bəzilərini isə düşmən malı kimi ağır texnikaların altında əzib, videosunu çəkib televiziyalarda nümayiş etdirib.

“Uçak” firması isə meyvələrin üzərinə yapışdırılan etiketlə hər hansı bir fikir ifadə etmək istəmədiklərini, sadəcə mallarına öz markalarının adını yapışdırdıqlarını bildirir.

Firma öz adını sahiblərinin familyasından götürüb. Uçak soyadlı Hayrettin, Ali və Vahit qardaşları1984-cü ildə qurduqları bu şirkət vasitəsilə Rusiya və Avropaya meyvə göndərirmişlər. Ticarətlərinin 50%-ni isə Rusiya bazarı ödəyirmiş. İki ölkə arasında çıxan təyyarə böhranından sonra Rusiyayla ticarət əlaqəsini kəsən Uçak qardaşları indi bu itkinin yerini Dubay, Səudiyyə Ərəbistanı və İsrailə göndərəcəkləri mallarla doldurmağa çalışırlar. Firma yetkililərindən olan Hayrettin Uçak bununla bağlı deyir: “Orada mal satdığımız şirkətlər “həm təyyarəmizi vurursunuz, həm də lağ edirmişsiniz kimi bizə etiketi təyyarə şəkilli məhsul göndərirsiniz” deyirlər. Sanki qəsdən etmişik kimi maraqlı bir təsadüflə üz-üzəyik. Təyyarə hadisəsiylə firmamızın adını eyniləşdirdilər. Məhsullarımız geri döndü. Bizim üçün bu, problem deyil. Rusiya etiraz edir deyə, 31 illik şirkətin adını dəyişdirəcək deyiləm”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İcra başçıları təcili Bakıya çağrıldı – fövqəladə toplantı

Next Post

Azərbaycanda tanınmış şirkət ləğv olundu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda tanınmış şirkət ləğv olundu

`SOCAR özəlləşdirilməyəcək`- Prezidentdən açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.