Avropa Birliyi xalqlar həbsxanasıdır.
Bu sözlər Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədri Marin Le Penin “Nyu York Tayms” qəzetindəki məqaləsində yer alıb.
Onun sözlərinə görə, Avropa Birliyi getdikcə SSRİ-nin taleyini təkrar edir:
“AB xalqlar həbsxanası olub. Təşkilata üzv ölkələrin hamısı zaman-zaman özlərinin demokratik uğurlarını komissiya və şuralara qurban veriblər. AB-ni dəyişikliklər gözləyir. Bu qaçılmazdır”.




