“Adana Dəmirspor”da çıxış edən Mario Balotelli ötən gecə ölkəsi İtaliyada yol qəzası keçirib. Polis italyan oyunçunun spirtli içki testindən imtina etdiyini təsdiqləyib.
Elchi.az xəbər verir ki, Superliqa komandalarından “Adana Dəmirspor”un futbolçusu Mario Balotelli ölkəsi İtaliyanın Breşiya şəhərində yoldan çıxaraq yol qəzası keçirib.
Balotelli səndələyərək avtomobildən düşüb və alkoqol testindən keçməkdən imtina edib.
Qəzadan sonra italiyalı futbolçunun xəsarət almadığı və avtomobilinə ciddi ziyan dəydiyi görülüb.
Səhər saatlarında açıqlama verən Adana Dəmirspor Klubu, “Dünən ölkəsi İtaliyada yol qəzası keçirən futbolçumuz Mario Balotellinin səhhətinin yaxşı olduğunu, evdə dincəldiyini və heç bir problemi olmadığını bildirmək istərdik. ”
Nuranə Məmmədova






