Ukraynanın Mariupol şəhərindən dinc sakinlərin humanitar dəhlizlərlə çıxması təxirə salınıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mariupol şəhərinin rəhbərliyi açıqlama verib.
Onlar bunu Rusiya tərəfinin humanitar dəhlizdən keçid zamanı atəşkəs barədə razılaşmanı pozması ilə əlaqələndirib.
***
11:49
Volnovaxa və Mariupolda humanitar təxliyə dəhlizləri açılmağa hazırlanır.
Elchi.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.
O bildirib ki, təxliyə olunanlar dəstələrə bölünür.
“Tərəflər dəhlizlərin ərazisində atəşi müvəqqəti dayandırıb…”, – Podolyak vurğulatyıb.
***
10:57
Rusiya Ukraynanın Mariupol və Volnovaxa şəhərlərindən əhalinin çıxması üçün sükut rejimi tətbiq edib.
Elchi.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rejim bu səhər Moskva vaxtı ilə 10:00-da qüvvəyə minir və Mariupolla Volnovaxa şəhərlərindən dinc sakinlərin çıxması üçün humanitar dəhlizlər təşkil edilir.
Rusiya tərəfi humanitar dəhlizlərin marşrutunun Ukrayna tərəfi ilə razılaşdırıldığını açıqlayıb.





