Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova telegram səhifəsində rusiyalı modelyer Vyaçeslav Zaitsevin ölümünə münasibət bildirib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Zaxarova modelyerin ailəsinə və yaxınlarına başsağlığı verib. “Nə yaxşı ki, keçən yay Zaryadyedəki son qalaya baş çəkdim və Vyaçeslav Mixayloviçlə danışdım! Bu, bir neçə onilliklər ərzində müxtəlif illərin nümayişi idi”- deyə o yazıb.
Qeyd edək ki, Vyaçeslav Zaitsev aprelin 30-da Moskvada xəstəxanada 86 yaşında dünyasını dəyişib. O, mədəsində qanaxma ilə tibb müəssisəsinə aparılıb.
Havar Şəfiyeva





