İyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammiti artıq uğursuzluqla başlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram səhifəsində blok liderlərinin görüşünün gedişatını belə təsvir edib . Diplomat hazırkı vəziyyəti nadir hal adlandırıb.
“Vaşinqtonun kaset bombaları ilə bağlı qərarı, Ukraynanın ictimai alçaldılması, baş verənlərlə bağlı heç bir tutarlı konsepsiyanın olmaması, hətta təcrübəli ABŞ peyklərini də şoka salan Vilnüs sammitidir. Daha da pisləşəcək”, – deyə o bildirib.
Bundan əvvəl Kremlin NATO sammitindən gözləntilərini Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bölüşüb . Onun sözlərinə görə, Vilnüsdəki görüş Rusiyaya qarşı düşmən münasibəti ilə keçiriləcək.
NATO-nun baş katibi Yens Stoltenberq də öz növbəsində qeyd edib ki, sammitin əsas mesajı Ukraynaya blokdan yardımın artırılması olacaq. Söhbət ölkəyə həm maliyyə, həm də hərbi dəstəkdən gedir.
Nuranə Məmmədova




