Hollandiyada iyulun 7-nə keçən gecə istefa verdiyini açıqlayan koalisiya hökumətinin baş naziri Mark Rutte növbəti seçkilərdə partiyasına rəhbərlik etməyəcəyini və yeni hökumət qurulduqdan sonra aktiv siyasətdən ayrılacağını açıqlayıb.
Elchi.az xəbər verir ki,Mark Rutte, Hollandiya parlamentinin aşağı palatasında hökumətin istefası ilə bağlı iclasdan bir az əvvəl etdiyi çıxışında, rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) rəhbəri olmayacağını açıqlayıb.
Rutte, etdiyi danışmada, “Seçkilərdən sonra yeni kabinet vəzifəyə gəldikdə siyasəti buraxacağam” dedi.
Rutte qeyd edib ki, o, bazar günü gecəsi aktiv siyasətdən əl çəkmək qərarına gəlib. dedi.
Çıxışından sonra jurnalistlərin suallarını cavablandıran Rutte, “Mənim hisslərim mürəkkəbdir. Bu, emosional bir qərardır, amma vəzifəni təhvil vermək yaxşı hissdir” deyib.
Şayəstə Hüseynova





