Elchi.az xəbər verir ki, bu barədə politoloq Sergey Markov Xerson istiqamətindən gələn narahatedici xəbərlərdən danışıb.
Markov qeyd edib ki, ziddiyyətli məlumatlar cəbhədən gəlir.
“Rusiya ordusunun müxtəlif kəndlərdən, o cümlədən Snigirevkadan Xerson istiqamətində bir neçə körpünü partlatdığı bildirilir. Xersonda isə Rusiya bayraqları götürülür”, – politoloq mikrobloqunda yazıb.
Siyasətçi baş verənlərlə bağlı versiyalardan birini səsləndirib.
“Bu, Xersonun təslim edilməsi planının hələ də Vaşinqtonun bəzi vədləri müqabilində həyata keçirildiyinə dair bir çox şübhələrə səbəb olur. Bütün bunlar isə sülh sazişlərinin müəyyən edilməli olduğu G20 sammitindən əvvəl”, – Markov bildirib.
O vurğulayıb ki, Vaşinqtonun vədlərinə heç kim inanmır.
Politoloqun fikrincə, Ukrayna Silahlı Qüvvələri onları tələyə salaraq geri çəkilmə görüntüsü yaratmaqdan şübhələnir.
Bundan əvvəl Sergey Markov Ukrayna Silahlı Qüvvələrinin üç istiqamətdən hücumu barədə danışıb.
Şayəstə




