Rusiyalı politoloq Sergey Markov “Telegram” kanalında qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin iyunun 4-də başlayan hücumu davam edir və bütün əsas istiqamətlərdə ağır döyüşlər gedir.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Eyni zamanda o, Ukrayna Silahlı Qüvvələrinin ciddi uğurlarının olmadığını, döyüş taktikasının dəyişdiyini vurğulayıb. Ekspertin fikrincə, hazırda ukraynalı komandirlər piyadaları səfərbər olunmuşlardan “ət hücumlarına” aparır və tanklardan yalnız ikinci eşelonda istifadə olunur.
O, əlavə edib ki, NATO-nun Vilnüs sammiti başa çatana qədər, yəni iyulun 13-dək Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumu amansızcasına davam edəcək.
Markov həmçinin əminliklə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsas zərbəsi Orexovdan Zaporojye vilayətində Tokmaka gözlənilir.
Yeganə




