Hərbçilərin fikrincə, bu, Kiyevin son hücuma keçmə cəhdləri zamanı verdiyi böyük itkilərlə bağlıdır.
Elchi.az xəbər verir ki, LPR-nin ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçko bildirib ki, Ukrayna ordusu Kupyansk istiqamətində təşəbbüsü əldən verib və müdafiəyə keçib.
“Kupyansk istiqamətində düşmən verdiyi itkilər nəticəsində təşəbbüsü itirib və müdafiəyə keçib”, – o, RİA Novosti-yə öz mənbələrinə istinadən bildirib.
Maroçko qeyd edib ki, Rusiya ordusu bu istiqamətdə operativ-taktiki aviasiyadan, həmçinin Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasının, eləcə də sursat anbarlarının atəşə tutulması üçün raket birləşmələri və artilleriyasından səmərəli istifadə edir.
Şayəstə Hüseynova





