Eyni zamanda, Ukrayna qoşunları canlı qüvvə və texnika itkiləri verir.
Elchi.az xəbər verir ki, Ukrayna qoşunları 3 gündür ki, Krasnolimanski istiqamətində hücuma keçmək cəhdləri uğursuz alınıb və ciddi itkilər verib, bu barədə RİA Novosti-yə LPR-nin istefada olan polkovnik-leytenantı Andrey Maroçko bildirib.
“Üç gündür ki, Kremennaya və Lisiçansk yaşayış məntəqələrində hücum hərəkətləri Ukrayna silahlı birləşmələri tərəfindən qeyd olunub”, – Maroçko bildirib.
O vurğulayıb ki, düşmən əsas zərbələri Yampol, Ternı, Serebryanka, Torskoye və Beloqorovka yaşayış məntəqələri ərazilərindən endirir. Ukrayna Silahlı Qüvvələrinin bütün hücumları uğurla dəf edilib, heç bir sektorda müdafiə xətti qırılmayıb.
Maroçko həmçinin əlavə edib ki, Ukrayna bölmələri canlı qüvvə və texnikada ciddi itkilər verir, lakin itkilərin əvəzini çıxdıqdan və yenidən qruplaşmadan sonra hələ də hücumlara cəhd edirlər.
Şayəstə Hüseynova




