ABŞ-ın 1 trilyon 200 milyard dollarlıq yeni müdafiə büdcəsinə çılğın layihələr daxildir.
Elchi.az xəbər verir ki, Federal büdcədən bir hissəsinin tələb olunduğu layihələr arasında süni intellektlə dəstəklənən “super döyüş təyyarəsi pilotu” və məqsədi Marsa çatmaq olan kosmos gəmisinin inşası daxildir.
ABŞ-ın 2025-ci il büdcə layihəsi açıqlanıb. 1 trilyon 200 milyard dollarlıq büdcədəki çılğın layihələr xüsusi diqqət çəkir. Bu layihələr arasında hədəfi Mars olan bir kosmos gəmisinin inşası, hərbi əxlaq qaydalarını mənimsəyəcək süni intellekt proqramı, süni intellektin dəstəkləyəcəyi “super pilot”un yaradılması kimi qeyri-adi işlər var.
Şayəstə Hüseynova






