Fransada Marseldə Tivoli küçəsində 4 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 179 nəfər təxliyə edilib. Elchi.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Hadisə aprelin 9-a keçən gecə baş verib. Binanın uçması nəticəsində yanğın başlayıb və bu, xilasedicilərin dağıntılar altında qalan şəhər sakinlərini axtarmağa başlamasına mane olub. Daha sonra hadisə yerindən kadrlar yayımlanıb.
Hazırda insident nəticəsində 5 qurbanın olduğu məlumdur. Qonşu binanın uçmaq təhlükəsi var.
Fransanın daxili işlər naziri Cerald Darmaninin sözlərinə görə, dağıntılar altında 4-10 nəfər ola bilər. Yaşayış binasının uçmasının səbəbi barədə məlumat verilməyib.
Havar Şəfiyeva





