"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mart ayında siyasi məhbusların çoxu azad oluna bilər”

26 Yanvar 2016 - 09:38
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

fffff “Mart ayında siyasi məhbusların çoxu azad oluna bilər”Hakimiyyətin qərbmeylli siyasəti ümidləri artırıb; hüquq müdafiəçisi martda sanksiya məsələsinin gündəmə gətiriləcəyindən narahatdır

Son günlərdə Azərbaycanla Qərb arasındakı münasibətlərdə yumşalma hiss olunur. Xüsusilə prezident İlham Əliyevin Davos sammitindəki görüşləri bu istiqamətdə mühüm dönüş nöqtəsi oldu. Ekspertlər AŞ PA-nın bu günlərdə keçirilən sessiyasının münasibətlərin daha da istiləşməsinə səbəb olacağını proqnozlaşdırırlar. 
Bütün bunların gələn ayın 15-də Azərbaycanla bağlı sanksiya məsələsinin müzakirəsini arxa plana keçirəcəyi deyilir. Sanksiya hədələri həyata keçməzsə, hakimiyyətin mart ayında, yəni Novruz bayramında böyük əfv sərəncamı verəcəyi barədə xəbərlər yayılıb. Ölkə iqtidarının Yeni ildə azadlığa buraxmaq planında olduğu, amma son anda Qərbdən gələn sanksiya hədələrinə görə qərarını dəyişdiyi siyasi məhbusları bu dəfə azadlığa buraxacağı bildirilir.
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mart ayında əfv öncəsi növbəti dəfə sanksiya məsələsinin gündəmə gətiriləcəyindən narahat olduğunu bildirdi: “Yazırlar ki, sanksiyalar Azərbaycan məmurları və onların hesablarına aiddir. Bu cür sanksiyalar həyata keçdikdə, məmurların bank hesabları dondurulur və onlara viza verilmir. Məmurun bağlanmış hesabı sanksiya müddəti bitdikdən sonra bərpa edilə bilər. Amma indiki sanksiyada bəndlərdən biri xalqımıza, Azərbaycan iqtisadiyyatına qarşı yönəlib. Məni narahat edən budur. Orada beynəlxalq banklara tövsiyə olunur ki, Azərbaycanla bağlı layihələr dayandırılsın, kreditlər verilməsin. Çox adam deyir ki, bunun xalqa dəxli yoxdur. Tamamilə səhv fikirdir. İndiki krizis dönəmində birbaşa təsiri var. Çünki hazırda Azərbaycanla bağlı çoxsaylı layihələr həyata keçirilir. Burada maraqlı tərəf odur ki, əfv qabağı indiyə qədər beynəlxalq təşkilatlar öz fikirlərini deyirlər. Hakimiyyətə qarşı bəyanatlarını da veriblər.
Məni narahat edən odur ki, bu bəyanatlar olduğu halda, mart əfvinə az müddət qalmış hakimiyyəti qızışdırmaq üçün hansısa beynəlxalq təşkilat müəyyən addımlar atar. Çox arzu edirəm ki, Novruz qabağı belə sərt bəyanatlar verməsinlər. Bunlar olmasa, düşünürəm ki, hökumət siyasilərin əfvinə baxa bilər. Çox istərdim ki, həmkarlarım azad olunsun. Onu da qeyd edim ki, bu cür bəyanatlar səslənəndə, həmin xarici təşkilatlara və yerli QHT-lərə qarşı məhbus ailələri, cəmiyyət tərəfindən ciddi ittihamlar səsləndirilir. Düşünürəm ki, əfv olacaq”.
Hüquq müdafiəçisi ölkə başçısının siyasi müstəvidə bir sıra müsbət addımlar atdığını qeyd etdi:“Nardaranda tutulan şəxslərin azad edilməsi, Məşədi Natiq Kərimovun azadlığa buraxılması, eyni zamanda sərt yazılarına baxmayaraq, istefa verən Zərdab prokuroru Rüfət Səfərovun azadlığı ölkə başçısının atdığı müsbət addımlardır. Bu bizdə digər siyasilərin də azadlığa çıxacağına ümid yaradır. Bu onu göstərir ki, mart ayında siyasi məhbusların çoxu azad oluna bilər. Onların çoxunun cinayətlərinin olmadığı, siyasi əqidələrinə görə həbs edildikləri hər kəsə məlumdur. Çox yaxşı olardı ki, Avropadan gələn bəyanatların sahibləri gözləmə mövqeyi tutsunlar. Açığı, Azərbaycanla Qərb arasında münasibətlərin yumşaldığını deyə bilmərəm. Bəzi hökumətyönlü şəxslər var ki, xüsusi tapşırıqla hərəkət edirlər, Qərb barədə müsbət fikirlər səsləndirirlər. Düşünürəm ki, hakimiyyət yaranmış vəziyyətdən istifadə etməlidir. Çox ağır proseslər gedir. İqtidar mövcud vəziyyəti anlayıb, adekvat addımlar atmalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran üçün yeni dövr başlayır – 17 müqavilə imzalandı

Next Post

“Neftin qiyməti ilə bağlı sürprizlər hələ qarşıdadır”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Neftin qiyməti ilə bağlı sürprizlər hələ qarşıdadır"

ABŞ-ın Bakıdakı səfirliyi işini dayandırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.