Martın 17-18-də Brüsseldə Türkiyə və Avropa İttifaqının (Aİ) birgə parlament komitəsinin iclası keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə “Ankahaber” agentliyi məlumat yayıb.
Analoji formatda sonuncu dəfə iclas 2018-ci ilin dekabrında Türkiyə parlamentində keçirilib. Üçillik fasilədən sonra Türkiyə və Aİ nümayəndələri iqtisadi və ticarət məsələlərini müzakirə etmək niyyətindədirlər.
Qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar iclas onlayn keçirilə bilər.






