"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Masallıda daha bir seçki fırıldağı

08 Yanvar 2015 - 17:48
in XƏBƏR LENTİ

69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 23, 24, 25 və 26 saylı Seçki Məntəqələrində seçki prosesi total şəkildə saxtalaşdırılıb, bülliten olan qutular isə oğurlanıb

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

masalliÖtən ilin sonlarında ölkədə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı ən acınacaqlı vəziyyət Masallı rayonunda yaşanıb. Maraqlıdır ki, ölkənin əksər rayonlarında namizədliyini irəli sürmüş və seçilməmiş namizədlərin bir çoxu baş verənlərdən şikayətçi olmayıb. Yalnız Masallıdakı seçki dairələrində yaşanan biabırçılıqların çoxluğu isə hətta MSK sədri Məzahir Pənahovu belə dilə gətirib.

JAM.AZ xəbər verir ki, Masallının Musaküçə kənd bələdiyyəsinə keçirilmiş seçkilərin nəticəsi artıq ləğv olunub. Ərkivan qəsəbə bələdiyyəsinə seçkilərdə isə üzə çıxan son videogörüntülər durumun daha acınacaqlı olduğunu ortaya qoyub. Və 71 saylı Masallı kənd Seçki Dairəsinin sədri də etiraf edib ki, baş verənlərin əsas günahkarı icra başçısı Rafil Hüseynovdur. Çünki sözügedən şəxs açıq şəkildə seçki alveri il məşğul olub.

Qeyd edək ki, Masallıdakı seçki dairələrindən gələn şikayətlərin ardı-arası kəsilmir. Bu gün onlardan daha biri JAM.AZ-a təqdim olunub. Belə ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 23, 24, 25 və 25 saylı (Təklə Bələdiyyəsi üzrə) məntəqələrində seçkilərə namizəd və müşahidəçi qismində qatılmış şəxslər etirazlarını yazılı formada bildiriblər.

Namizədlərdən Salman Kərimov, Əhliman Sadıqov, Yusif İbrahimli, Hüsaməddin Abbasov, Nurəddin Abuşov, Xalid Quliyev, Mübariz Məmmədov, Səmədağa Həmidov, Qüdrət Sadıqov, Hüseyn Quliyev və Nazim Eyniyev, müşahidəçilərdən isə Nuralı Rüstəmov, Rauf Səlimov, Cəlaləddin Abbasov və Cavid Kazımov yazdıqları müraciətlərində bildirirlər ki, 23 dekabr 2014-cü ildə sözügedən dairənin qeyd olunan məntəqələrində keçirilən bələdiyyə seçkiləri total şəkildə saxtalaşdırılıb. Onlar vurğulayırlar ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 23 saylı Mollahəsənli-Xoşçobanlı Seçki Məntəqəsinin sədri Bayram Əliyev istədiyi adamlara artıq bülliten verib. «Seçici Bağırov Ceyhun Malik oğlu sədr tərəfindən verilmiş 4 ədəd bülliteni qutuya atarkən yaxalanıb. Səsvermə başa çatdıqdan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş heç bir prosedura əməl olunmayıb. Protokol tərtib edilən zaman müşahidəçilər və namizədlərin israrına baxmayaraq, Məntəqə sədri Bayram Əliyev və polis formasında olan şəxslər bütün sənədləri oğurladılar».

Şikayətçilər yazırlar ki, 24 saylı Sığınacaq seçki məntəqəsinin sədri Əlisurət Bəhmənov da prosesi qanuna görə yox, istəyinə uyğun şəkildə aparıb. Onların dediyinə görə, daşınan qutudan heç kimin xəbəri olmayıb. «Səsvermə bitdikdən sonra heç bir prosedur həyata keçirilməyib. Məntəqə sədri deyirdi ki, bütün bunlar lazımsız işlərdir. Burada da digərlərində olduğu kimi, seçkiyə aid protokollar və sənədlər oğurlanaraq, aparılıb».

Adları qeyd olunan şəxslər vurğulayırlar ki, 25 saylı Oəngan-Masallı qəsəbə seçki məntəqəsində də vəziyyət biabırçı həddə olub. Bu məntəqədə hətta bir nəfərin onlarla şəxsiyyət vəsiqəsi ilə səs verməsinə göz yumulub. «Səsvermə bitdikdən sonra büllitenlər yarıya qədər sayıldı. Yarıda isə səssaymanı dayandırdılar. Və məntəqə sədri sənədləri götürərək qaçdı».

Namizədlər və müşahidəçilər yazırlar ki, 26 saylı Təklə Seçki Məntəqəsində də seçkilər saxtalaşdırılıb. Onların sözlərinə görə, bu məntəqədə seçki başa çatan kimi, 20-30 polis işçisi binaya daxil olaraq, bütün protokolları, sənədləri və büllitenləri götürərək, gediblər. Etirazlara isə ümumiyyətlə, məhəl qoyulmayıb.

Sözügedən şəxslər baş verənlərlə bağlı MSK-ya müraciət edərək, qeyd olunan məntəqələrdəki seçkilərin nəticəsinin ləğv olunmasını tələb edirlər.

Sonda onu da qeyd edək ki, namizədlər seçkilərin saxtalaşdırılmasını əks etdirən videonu da JAM.AZ-a təqdim ediblər. Həmin görüntülər tam hazır olduqdan sonra yayımlanacaq.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan əhalisi “kontur”a 837 milyon manat xərcləyib

Next Post

Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi - VİDEO

Səfərbərlik Xidmətindən Səfər Əbiyev açıqlaması...

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.