"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Maşın almaq üçün uyğun vaxtdır

02 Mart 2016 - 09:09
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Əvvəl 10 min manata deyilən “Mercedes”i indi 4500-5000 manata almaq mümkündür”

Ötən həftə Bakının avtomobil bazarında nisbi canlanma müşahidə edilib ki, bazar iştirakçıları bunu qiymətlərin ən aşağı həddi ilə izah ediblər. Avtosfer.az xəbər verir ki, Ramin adlı bazar satıcısı anspress-ə müsahibəsində qiymətlərin 2 dəfəyə qədər düşdüyünü vurğulayıb: “Maşın indi su qiymətinədir. Əvvəl 10 min manata deyilən “Mercedes”i indi 4500-5000 manata almaq mümkündür. Yəni, maşın almaq istəyənlərin əlinə yaxşı fürsət düşüb. Yəqin ki, qiymətlər belə qalmayacaq və qalxacaq”.

Əhalinin gəlirlərini mütəmadi dollara çevirərək gözləmə mövqeyi tutması, alıcılıq qabiliyyətinin düşməsi ilə yanaşı, bazarda qiymətləri salan digər amil bəzi dövlət qurumlarının istifadəsində olan avtomobillərin çox ucuz qiymətə bazara çıxarılmasıdır. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin martın 15-nə nəzərdə tutduğu hərracda 2004-cü il istehsalı olan “Hyundai Sonata” 1907 manata, 2006-ci il istehsalı olan “Nissan Maxima” 2822 manata təklif edilir.

2006-ci il istehsalı olan “UAZ-3741” markalı mikroavtobus isə 2548 manatdan bazara çıxarılır ki, bu, indiki dövr üçün yetərincə aşağı qiymətdir. Bu tipli mikravtobuslar dağ kəndləri ilə rayon mərkəzləri arasında işlətmək üçün xeyli əlverişlidir və qoyulan xərci sürücünün aylıq qazancı da nəzərə alınmaqla bir ilə geri qaytarmaq mümkündür. Qiymətlərin ucuzluğu bazarda Rusiya istehsalı olan avtomobillərə də marağı artırıb. İndi 4-5 ilin “UAZ”larını 2 min manata almaq mümkündür.

Amma Dövlət Gömrük Komitəsinin (DGK) idxalla bağlı təqdim etdiyi göstəricilər bazarda bu vəziyyətin uzun müddət davam etməyəcəyini düşünməyə imkan verir. DGK-nın statistikasına görə, 2016-cı ilin yanvar ayında nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı 4 dəfəyə qədər azalıb. Əgər 2015-ci ilin yanvar ayında Azərbaycana 53,26 milyon dollarlıq nəqliyyat vasitəsi və onların ehtiyat hissəsi gətirilmişdisə, bu ilin birinci ayında bu göstərici 11,93 milyon dollara düşüb. Əvvəlki illərlə müqayisədə azalma daha çox olub.

Əmlak Ekspert Mərkəzinin araşdırmasına görə, bu proses Azərbaycanda avtomobil parkının yenilənməsi fonunda gedir. Yəni bazarda əvvəllər daha çox Almaniya istehsalı olan ikinci əl avtomobillər satılırdısa, hazırda yeni avtomobillərin satışı üstünlük təşkil edir. Avtomobil salonlarının manatla daxili kreditləri bərpa etməsi də bu meyli gücləndirib.

Azərbaycan ikinci əl maşınlar əsasən Gürüstandan gətirilirdi. Bu ölkənin statistika departamentinin məlumatına görə isə, yanvar ayında bu ölkədən Azərbaycana avtomobil ixracı bir il əvvəlkinə nisbətən 22 dəfə azalıb. Əgər 2015-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 13,1 milyon dollarlıq avtomobil gətirilibsə, bu il həmin göstərici 577 min dollara düşüb. Yəni avtomobil bazarında təklif azalıb və bu baxımdan müşahidə olunan nisbi canlanma təbii görünür.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ans press-ə müsahibəsində bu canlanmanı qeyri-müəyyənlikdən çıxış kimi dəyərləndirib:

 

“İkinci devalvasiyadan sonra avtomobil satanlar da, avtomobil almaq istəyənlər də çaşqınlıq içində idilər. Ona görə çəkilib bir kənarda gözləyirdilər. İndi isə durğunluqdan çıxıblar və yeni şəraitə uyğunlaşmağa çalışırlar. Avtomobil qiymətlərinin daha da düşəcəyini gözləməyə dəyməz. Bazarda qiymətlərin sabit qalacağına ehtimal etmək olar, amma manatın məzənnəsindən asılı olaraq qiymətlər qalxa da bilər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azercell ADA Universitetində keçirilən 4-cü Karyera Sərgisində iştirak edib

Next Post

`İstefa vermək niyyətim yoxdur` – Bəşər Əsəd

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`İstefa vermək niyyətim yoxdur` - Bəşər Əsəd

Bu gün qazı kəsiləcək qəsəbələrin siyahısı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.