"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Maşın bazarında qiymətlər dəyişəcək – SƏBƏB

21 Noyabr 2018 - 16:43
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

2019-cu ildən Azərbaycana xaricdən gətirilən avtomobillərə gömrük rüsumu artırılır. Bu qərarın avtomobil bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, təsirlər əvvəlcədən məlumdur:

“Çünki xərclər artırsa, son nəticədə avtomobil bazarında qiymətlər də dəyişəcək. Bu, bir neçə istiqamətdə nəticələrlə ortaya çıxacaq. Birincisi, bundan sonrakı dövrdə ölkədə avtoparkın strukturunda dəyişiklik olacaq. Belə ki, böyük mühərrikli avtomobillərə rüsumların kəskin artırılması nəticəsində növbəti illərdə ölkəyə gətirilən bu növ maşınlar azalacaq. Nəticədə daha aşağı mühərrik gücünə malik olun avtomobillərin xüsusi çəkisi artacaq. Bundan başqa, digər bir tərəfdən idxalın həcminin azalmasını qeyd edə bilərik. 2013-2014-cü illərlə müqayisə etsək, avtomobil idxalı bir neçə dəfə azalıb. 2017-ci ildən sonra nisbətən artımlar başlayırdı, amma rüsumların qaldırılması ölkəyə avtomobil idxalının həcminin yenidən azalmasına gətirib çıxaracaq”.

Ekspert bildirib ki, bundan sonra yerli istehsala maraq arta bilər:

“Ötən il Azərbaycanda yeni avtomobil zavodu istismara verilib. Tam gücü ilə işləməsə də, zavodun il ərzində 10000 avtomobil istehsal etməsi nəzərdə tutulur. Əgər növbəti dövrlərdə hər hansı bir dəyişiklik baş verməsə və zavodun istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı ciddi narazılıqlar ortaya çıxmasa, müəyyən dərəcədə daxili istehsala tələbat arta bilər”.

İqtisadçının sözlərinə görə, rüsumların artmasından sonra təkrar bazarda da dəyişikliklər olacaq:

“Təkrar bazarda avtomobillərin qiyməti ciddi şəkildə artacaq. Beləliklə götürəndə növbəti illərdə proses belə davam edərsə, Azərbaycanda avtomobilə çıxış imkanları azalacaq və avtomobil idxalı da azalacaq. Bu özü sonda ölkədə hər min nəfərə düşən avtomobil sayını ilbəil azalmasına və yaşayış indikatorunun zəifləməsinə gətirib çıxaracaq”.

Avtomobil bazarındakı hazırkı vəziyyətə toxunan R.Həsənov ciddi aktivliyin olmadığını deyib:

“Bazar nisbətən sakitçilikdir və alıcılıq aşağıdır. Ümumiyyətlə götürəndə alıcılıq son illərdə aşağıdır. Amma buna baxmayaraq, yenə də baş verən hadisələr qiymətləri artıran faktor kimi çıxış edir. Qiymətlər yüksələn dinamika ilə davam edir və daha çox da qiymət artımları təkrar bazarda müşayiət olunur. Yeni avtomobillərin qiyməti məzənnəyə görə baha başa gəlir . Bütün bunlar bazarda alıcılıq qabiliyyətinin azalmasına təsir edir”.

Ekspert bildirib ki, çox təəssüf ki, Azərbaycanda yerli istehsal hələ də istənilən səviyyədə deyil.

“Azərbaycanın yerli avtomobil istehsalı ilə bağlı 3 təcrübəsi var. İlk olaraq İranla müştərək formada Şamaxı avtomobil zavodunda “AzSəmənd” markalı avtomobillər istehsal olundu. Daha sonra Naxçıvan Avtomobil Zavodunda “Lifan” avtomobillərinin istehsalı ilə bağlı Çinlə əməkdaşlığa başlanıldı. Yenə də İranla əməkdaşlıq nəticəsində Mingəçevirdə Khodra və s. avtomobillər istehsal olundu. Görünən odur ki, qlobal avtomobil şirkətləri Azərbaycana maraq göstərmir və yaxud da hökumət onların ölkədə fəaliyyəti üçün mühit formalaşdırmır. Sadəcə müəyyən dostluq, yoldaşlıq, dindaşlıq fonunda əldə olunmuş sazişlərdir və hər iki tərəf bilir ki, bu təşəbbüslər uğurlu, gəlirli ola bilməz. Xüsusilə azərbaycanlı istehsalçı İranda və Çində istehsal olunan avtomobillərə daha ehtiyatlı yanaşır, istehlakında o qədər də maraqlı deyil. Amma hələlik yeni zavodun – Xəzər Avtomobil Zavodunun istehsalının bazara çox çıxmaması səbəbindən önyarğı ilə yaxınlaşmaq lazım deyil. Ümid edirəm ki, bu zavodun istehsal etdiyi avtomobillər böyük maraqla qarşılanacaq və yerli bazarda önəmli yerə sahib olacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Next Post

Prezident İlham Əliyev Türkmənistanda rəsmi səfərdədir – FOTO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Prezident İlham Əliyev Türkmənistanda rəsmi səfərdədir – FOTO

Prezident İlham Əliyev Türkmənistanda rəsmi səfərdədir - FOTO

Qazaxıstanda Azərbaycan vətəndaşı saxlanıldı

Qazaxıstanda Azərbaycan vətəndaşı saxlanıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.