
“Report”un xəbərinə görə, hadisə Hökməli-Qobu yolunda baş verib.
Hökməli qəsəbə sakini Elçin Məmmədov idarə etdiyi “01-BZ-421” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc oğlanı vurub.
Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə apararkən o, yolda dünyasını dəyişib.






