"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Maşınına şəhid fotosu vuran sürücülərin nəzərinə!

29 İyul 2022 - 15:26
in HADİSƏ

Paytaxt yollarında avtomobillərin üzərində müxtəlif xarakterli yazılar, şəkillər, bəzək ornamentləri və digər formalarda diqqəti yayındıran şəkillərin vurulduğu nəqliyyat vasitələrini görməmiş olmazsınız.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla digər yazılar, fotolar kustar üsulla sürücülər tərəfindən vurulur. Bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, bu, hərəkətdə olan digər nəqliyyat vasitəsinin sürücüsünün fikrini yayındırır.

Bu yazılar arasında dini kəlamlar, filmlərdən alınan replikalar, aforizmlər, hətta ağır tənqidi fikirlər belə var.

Bu kimi hallar səbəbindən baş verən qəzaların sayı da az deyil.

Bəs bu məqam “Yol hərəkəti haqqında” qanunla tənzimlənirmi?

Elchi.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında paytaxt yollarında hər gün reklam xarakterli, bəzən isə lüzumsuz ifadələr, şəkillər həkk olunmuş nəqliyyat vasitələrinə rast gəldiklərini deyib.

“Avtomobillərə öz nömrəsini, “qaziyəm” sözünü yazmaq, şəhidlərin şəkillərini vurmaq – bu kimi hallar yolverilməzdir. Heç kim bizi yanlış anlamasın, şəhidlərimiz bizim üçün dəyərlidirlər. Lakin dəfələrlə şəhid ailələri DYP ilə əlaqə saxlayıb müxtəlif avtomobil nömrələri verirlər ki, filankəs sürücü mənim şəhid olan qardaşımın, qohumumun şəklini maşınına vurub, həmin maşınla da xuliqanlıq edir, qayda pozur, məsuliyyətdən yayınır, bu kimi davranışlarla şəhidin ruhuna hörmətsizlik edir, xahiş edirəm, o avtomobili saxlayıb şəhidimizin fotosunu çıxarmasını tələb edin.

Eyni zamanda digər diqqət yayındıran fotolar, yazılar da yolverilməzdir. Bu cür formada avtomobili idarə etmək hərəkət iştirakçılarının diqqətini yayındırır, hətta bəzi hallarda reklam haqqında qanunvericiliyin tələblərini də pozur. Müxtəlif xarakterli yazılar, ifadələr isə ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərlə sığmayan, ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığına səbəb olur.

Dövlət Yol Polisinin əsas vəzifəsi və qanuni səlahiyyət dairəsi hərəkətin təşkilini, təhlükəsizliyini qanun çərçivəsində təmin etməkdir. Bununla yanaşı, ictimai qaydanı qorumaq, bu prosesdə nizam-intizamın təmin edilməsi də tərəfimizdən həyata keçirilir.

Sürücülərdən xahiş edirik ki, avtomobilin əsas təyinatını unutmasınlar. Kiminsə fikirlərini, istəklərini, baxışlarını ifadə etmək kimi arzusu, istəyi varsa, bunu qanun çərçivəsində, təyinatı üzrə etməli, özünə qarşı diqqət cəlb etmək məqsədilə ətraf mühitə, ictimaiyyətə yersiz informasiyalar ötürüb narazılıq yaratmamalıdır.

Belə sürücülərin diqqətinə çatdırırıq ki, avtomobilin üzərinə lüzumsuz ifadələr yazmaqdan yayınsınlar. Bu işlərin əvəzinə daha faydalı və vacib olan “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməyi, nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamağı və təhlükəsiz hərəkəti təmin etməyi tövsiyə edirik”, – A.Əsgərli vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Next Post

Norveç Ukraynaya 14 zirehli maşın hədiyyə etdi

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Norveç Ukraynaya 14 zirehli maşın hədiyyə etdi

Norveç Ukraynaya 14 zirehli maşın hədiyyə etdi

Çin liderindən Baydenə xəbərdarlıq: “Odla oynayan özünü yandıracaq”-Müharibə olacaqmı?

Çin liderindən Baydenə xəbərdarlıq: “Odla oynayan özünü yandıracaq”-Müharibə olacaqmı?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.