Ağcabədi rayonunda avtomobillər toqquşub.
Elchi.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Şamil İlqar oğlu Qasımov VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Yavər Adıgözəl oğlu Allahverdiyevə məxsus VAZ-21074 markalı və Muradov Vüqar Maşallah oğluna məxsus VAZ-21063 markalı avtomobillərinə çırpılıb.
Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mahir Kərəm oğlu Mamedovu vuraraq öldürüb.
Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





