Əziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 26 yanvar 2023-cü il tarixində Qoşa Qala qapılarından İçərişəhər ərazisinə nəqliyyat vasitələrinin giriş və çıxışı məhdudlaşdırılacaq.
Elchi.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilir ki, qeyd olunan tarixdə Qoruq ərazisinə alternativ olaraq giriş və çıxış Neftçilər prospektindən nəzərdə tutulub.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




